18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azad Rəhimov: Naxçıvan gəncləri fəallıqları ilə seçilirlər
Naxçıvan gəncləri daim çox fəal olublar. Tədbirlər, o cümlədən müxtəlif layihələrlə bağlı həm Gənclər və İdman Nazirliyinə, həm də gənclər təşkilatlarına onlardan çox sayda təkliflər daxil olur, ideyalar irəli sürülür.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri müsahibəsində Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov deyib.
“Məlum olduğu kimi, 3 ildən bir keçirilən ümumrespublika gənclər forumuna hazırlıq işləri görülür. Bununla əlaqədar oktyabrın 24-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında muxtar respublikanın 7 rayonunun, həmçinin Naxçıvan şəhərinin fəal gənclərinin iştirakı ilə tədbir keçirildi, Azərbaycan Gənclərinin VIII Forumuna nümayəndələr seçildi”, – deyən Azad Rəhimov qeyd edib ki, forum Bakıda təşkil olunacaq.
“Azərbaycan gənclərinin ən böyük tədbirini fərqli bir formatda, fərqli bir şəkildə keçirmək istəyirik”, - deyən nazir diqqətə çatdırıb ki, Bakıda keçiriləcək gənclərin növbəti forumu həm də gənclər siyasəti, gənclərlə iş sahəsində görülən işlərin hesabatıdır. Belə ki, ölkəmizdə gənclərlə bağlı sosial, iqtisadi və digər məsələlərin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar, dövlət proqramları qəbul edilib. Həmin sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Bakıda keçiriləcək forumda da Azərbaycan gəncliyinin inkişafına yönəlmiş Dövlət Proqramının icrası ilə bağlı hesabatlar dinləniləcək.
Ismayil Ismayilov
Emtv.az