20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
19:29 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsi: Sosial İmkanlar Tanıdılır-FOTOLAR
20:50 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir-Fotolar
20:41 - "Azərbaycan Sosial Dövlətə Doğru" Layihəsində Vətəndaşların Sosial İmkanları Müzakirə Edilib-Fotolar
Dövlət gənclər siyasəti muxtar respublikada da uğurla həyata keçirilir-FOTOLAR
Dövlət gənclər siyasəti ölkəmizin bütün bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir, gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər evləri, idman kompleksləri tikilib istifadəyə verilir.
Emtv.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universitetində keçirilən Heydər Əliyev lektoriyasının 2 fevral – Gənclər Gününə həsr olunmuş “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda növbəti məşğələsində söhbət açılıb.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini və keyfiyyətcə yeni mərhələyə yüksəldiyini deyib. Çıxışda Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə gənclərlə bağlı həyata keçirilən islahatlardan, gənclərin ölkə həyatının bütün sahələrində fəal iştirakının təmin edilməsi məqsədilə görülən işlərdən danışılıb.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyid “Ulu öndər Heydər Əliyev və gənclər siyasəti” mövzusunda məruzə edib. Məruzədə 1994-cü ildə dövlət gənclər siyasətini həyata keçirmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılmasından, 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin iştirakı ilə Ümumrespublika Gənclərinin I Forumunun keçirilməsindən, gənclər siyasəti ilə bağlı imzalanmış fərman və sərəncamların mahiyyətindən danışılıb.
Qeyd olunub ki, gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.
* * *
Şərur şəhərindəki “Bahar” kinoteatrında Gənclər Günü münasibətlə keçirilən tədbirdə Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov çıxış edərək ulu öndər Heydər Əliyevin gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğıdan, müasir Azərbaycanın inkişafında gənclərin mühüm rolundan danışıb. Qeyd edib ki, Azərbaycan gəncliyi Ulu Öndərin tövsiyələrinə uyğun olaraq ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Bugünkü gənclik müstəqil dövlətimizin daha da güclənməsi naminə əzmlə çalışır.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin üzvü Cahandur Məhərrəmov məruzəsində vurğulayıb ki, Ümummilli Liderimizin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, təhsilin və idmanın inkişafı məsələləri dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Tədbirdə rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Yasəmən Əliyeva, Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin müəllimi Murad Əliyev, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Hüseyn Talıbov çıxış edərək diqqətə çatdırıblar ki, muxtar respublikada gənclərin bilik və bacarıqlarının artırılması, cəmiyyətdə layiqli yer tutması üçün hər cür şərait yaradılıb. Bu gün cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin olunması diqqət mərkəzindədir. Muxtar respublikada gənc nəslin milli adət-ənənələrə, milli dəyərlərə bağlılıq ruhunda formalaşması üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. Gələcəyimiz olan gənclərin təhsilinin, məşğulluğunun təmin edilməsi, ehtiyaclarının dolğun ödənilməsi məsələsi də bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Sonda zərərli vərdişlərlə mübarizə mövzusunda çəkilmiş “Mayak” bədii filmi nümayiş etdirilib.
Emtv.az