SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sıralarında 21 mindən çox gənc birləşib

22-06-2017, 09:39 | Oxunub: 12 182 |

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sıralarında 21 mindən çox gənc birləşib
Yeni Azərbaycan Partiyası yarandığı dövrdən ötən müddət ərzində ölkəmizdə demokratiya prinsipləri əsasında dövlət təsisatlarının yaranması və müxtəlif islahatların həyata keçirilməsində fəal rol oynayıb.

Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin 2017-ci ilin I yarımili ərzində gördüyü işlər və II yarımili ərzində görəcəyi işlərlə bağlı keçirilən yığıncaqda səsləndirilib.

Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatlarının gənclər birliklərinin sədrləri, ali təhsil müəssisələrinin gənclər təşkilatlarının sədrləri və fəal tələbələrin iştirak etdiyi yığıncaqda gündəlikdə duran məsələlər səsləndirildikdən sonra çıxışlar dinlənilib.

YAP Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Mirkərim Seyidov, YAP Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, YAP Ordubad Rayon Təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədov çıxış edərək, cari ilin birinci yarısında görülmüş işlər haqqında məlumat veriblər.

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxışında bildirib ki, partiya xalq-hakimiyyət həmrəyliyinə əsaslanan, ölkəni böhrandan xilas etməyə qadir yeni siyasi qüvvəyə ehtiyac duyulan mürəkkəb ictimai-siyasi şəraitdə yaranıb. 2001-ci il noyabrın 21-də partiyanın II qurultayında ulu öndər Heydər Əliyevin dediyi kimi: “Həqiqi demokratiya Yeni Azərbaycan Partiyasına mənsubdur”.
Bunu partiyanın ölkədə keçirilən seçkilərdə yaratdığı demokratik şəraitin timsalında da aydın görmək olar. Məhz bu inam və etibar nəticəsində 2003-cü ildə keçirilən prezident seçkilərində xalq birmənalı olaraq İlham Əliyevi Prezident seçdi. 2008-ci və 2013-cü illərdə də xalqın yenidən yekdilliklə İlham Əliyevə səs verməsi partiyaya olan dərin inamın təzahürü idi.

Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sıralarında 21 min 47 nəfər gənc birləşib. Onların da 10 min 862 nəfərini qadınlar təşkil edir. Partiyaya üzv olan gənclərin 4 min 961-i təhsil, 2 min 156-sı səhiyyə, 1528-i elm, mədəniyyət və incəsənət, 2 min 320-si idarəetmə, 5 min 257-si isə digər sahələrdə fəaliyyət göstərir.

Azad Cabbarov vurğulayıb ki, bu gün partiya üzvləri qarşısında mühüm vəzifələr durur. Belə ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri təşkilatın Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasında bir sıra tapşırıqlar verib. Bununla bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin şəhər (rayon) təşkilatlarının gənclər birliklərinin də üzərinə mühüm vəzifələr düşür. Gənclər birlikləri öz fəaliyyətlərini partiyanın 2017-ci ilə dair iş planına uyğun qurmalı, nəzərdə tutulmuş tədbirlər vaxtında icra olunmalıdır.

Bildirilib ki, bu gün muxtar respublikada uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Vətənpərvər gənc nəslin yetişdirilməsi, onların intellektual potensiallarının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait gənclərin ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmalarına geniş imkanlar açır. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar muxtar respublikada gənclərin intellektual səviyyəsinin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Gəncliyə dövlət qayğısı sabaha və gələcək uğurlara hesablanan bir siyasətdir.

Qeyd olunub ki, hər bir partiya üzvü qarşıya qoyulan vəzifələri layiqincə icra etməli, müstəqil Azərbaycanın daha da inkişafı naminə var gücü ilə çalışmalıdır.

Azad Cabbarov bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR