18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Naxçıvan” Universitetində “Məntiq test toplusu” kitabının təqdimatı olub
“Naxçıvan” Universitetində ali təhsil ocağının iqtisadiyyat fakültəsinin müəllimi Zahid Qənbərovun “Məntiq test toplusu” kitabının təqdimatı olub.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor İsmayıl Əliyev Zahid Qənbərovun 2 test kitabının, 2 test bankının və 1 dərs vəsaitinin müəllifi olduğunu bildirib. Rektor qeyd edib ki, bu nəşrlər oxucu kütləsi arasında çox geniş yayılmaqdadır. Bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən “Məntiq test toplusu” adlı kitab elmin müvafiq sahəsi üzrə biliklərin daha sistemli şəkildə mənimsənilməsinə xidmət edəcək aktual nəşrdir.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu bildirib ki, dərs vəsaiti magistraturaya və dövlət qulluğuna qəbul imtahanları proqramı əsasında hazırlanıb. Verilmiş testlərdən istifadə etməklə tələbələr təməl məntiqi düşünmə biliklərini möhkəmləndirməklə yanaşı, öyrənmənin yeni forma və metodlarına da yiyələnəcəklər. Test vəsaitindən ali məktəb tələbələri, dövlət qulluğuna hazırlaşanlar, müəllimlər və məntiq elminə maraq göstərən bütün şəxslər istifadə edə bilərlər.
Sonra iqtisadiyyat kafedrasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun, həmin kafedranın müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayevin, “Naxçıvan” Universiteti kitabxanasının əməkdaşı, magistrant Aygün Kürdovanın və universitetin Tələbə-Gənclər Təşkilatının sədri, iqtisadiyyat ixtisasının IV kurs tələbəsi Sənan Əhmədovun çıxışları dinlənilib.
Sonda müəllif tədbirin təşkilatçılarına minnətdarlıq edib.
İsmayil İsmayilov
Emtv.az