17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan Dövlət Universiteti qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzinə çevrilib
Naxçıvan Dövlət Universitetinin (NDU) 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısıdır.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, bu fikri “Naxçıvan Dövlət Universiteti 50 ildə” adlı elmi konfransda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.
Saleh Məhərrəmov çıxışında 50 illik şərəfli inkişaf yolu keçən Naxçıvan Dövlət Universitetinin fəaliyyətinə nəzər salıb, əldə olunan uğurlardan danışıb.
“Naxçıvan Muxtar Respublikasında elmin inkişafında Naxçıvan Dövlət Universitetinin rolu” adlı məruzə ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev bildirib ki, NDU muxtar respublikada digər elm və təhsil müəssisələrinin yaranması, inkişafı və formalaşmasında, onların kadr potensialı ilə təmin olunmasında əhəmiyyətli rol oynayıb. Hazırda NDU-da 385 nəfərdən ibarət professor-müəllim heyəti çalışır ki, onlardan 2 nəfəri AMEA-nın müxbir üzvü, 18 nəfəri elmlər doktoru, 175 nəfəri isə fəlsəfə doktorudur. Universitetdə bakalavr, magistr, fəlsəfə və elmlər doktoru hazırlığı işi yüksək səviyyədə aparılır.
Konfransda çıxış edən İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma rəhbərlik etdiyi universitetin strukturu və fəaliyyəti haqqında məlumat verib. Rektor Naxçıvan Dövlət Universitetinin rəhbərliyini və müəllim-tələbə kollektivini yubiley münasibətilə təbrik edib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli “Naxçıvan Muxtar Respublikasında müəllim kadrlarının hazırlığında Naxçıvan Dövlət Universitetinin rolu” adlı məruzə ilə çıxış edərək bildirib ki, NDU-nun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun müxtəlif sahələrində yaxından iştirak edirlər.
“Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev “Naxçıvan Dövlət Universitetinin ali təhsil müəssisələri sırasında yeri” adlı məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, ali təhsil ocağı böyük inkişaf yolu keçərək qədim diyarın əsas elm, təhsil və mədəniyyət mərkəzinə çevrilib. Naxçıvan Dövlət Universiteti Azərbaycanın ali təhsil ocaqları arasında özünün həm ənənələri, həm də nailiyyətləri ilə seçilir.
Konfrans üç bölmə iclası ilə işini davam etdirib.
Emtv.az