17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İsrail səfiri Dan Stav Naxçıvanın tarixi abidələri, mədəniyyət və istehsal müəssisələri ilə tanış olub
Naxçıvan Muxtar Respublikasında səfərdə olan İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav muxtar respublikanın tarixi abidələri, mədəniyyət və istehsal müəssisələri ilə yaxından tanış olub.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub.
“Naxçıvan bağları” tərəvəz məhsulları istilik kompleksinin Naxçıvan şəhərində fəaliyyət göstərən istixanasında olan səfirə kompleksdəki mövcud şərait barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, istixanada mövsüm boyu əhalinin tərəvəz məhsullarına olan tələbatını ödəmək üçün şitillər müəyyən zaman intervalında əkilir. Bu il kompleksdə bir hektara yaxın sahədə altı sortda pomidor şitili əkilib. Hazırda avqust ayında əkilən bitkilər becərilir, noyabr ayının sonlarına isə məhsul yığımı planlaşdırılır.
Sonra səfir Duz Muzeyinə gəlib. Bildirilib ki, muzey bu il aprelin 25-də fəaliyyətə başlayıb. Burada 81 eksponat, o cümlədən duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş olunur.
Qonaq “Gəmiqaya” heyvandarlıq kompleksi ilə də tanış olub. Kompleksdə 600 baş ətlik və südlük heyvan saxlanılır. Burada müasir standartlara cavab verən süd sağımı avadanlıqları quraşdırılıb.
İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qarabağlar kəndində fəaliyyət göstərən “Asnı” forel balıqyetişdirmə təsərrüfatında da olub, burada yaradılan şəraitlə maraqlanıb.
Daha sonra qonaq Qarabağlar Türbə Kompleksinə gəlib. Burada məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq türk-İslam mədəniyyətinin nadir nümunələrindən olan kompleks elmi və tarixi əsaslarla bərpa edilib. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrin işlənmə texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir.
Diplomat Şərur rayonunun ərazisində yerləşən “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyaları ilə də tanış olub.
İsmayil İsmayilov
Emtv.az