SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Beynəlxalq konfransın iştirakçıları muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri ilə tanış olublar

10-09-2018, 11:55 | Oxunub: 11 149 |

Beynəlxalq konfransın iştirakçıları muxtar respublika ərazisindəki türk-islam mədəniyyəti abidələri ilə tanış olublar

Naxçıvan şəhərində “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları muxtar respublika ərazisindəki tür-islam mədəniyyəti abidələri ilə yaxından tanış olublar.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, əvvəlcə qonaqlar “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə gəliblər.

Xan sarayında qonaqlara məlumat verilib ki, bu iqamətgah Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. Şərq memarlığı üslubunda inşa edilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmaqla yanaşı, həm də xanlıq dövründə dövlətin siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Naxçıvan-Marağa memarlıq məktəbinə aid olan bu saray üç mərtəbədən ibarətdir və hazırda muzey kimi fəaliyyət göstərir.

Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıqdan sonra qonaqlar Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələrə baxıblar. Onlar Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsinin – daşdan düzəldilmiş qoç heykəllərin, daş kitabələrin, müxtəlif daş fiqurların, qəbirüstü sənduqələrin tarixi barədə ətraflı məlumatlar əldə ediblər.

Sonra konfrans iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Milli geyimlər festivalı”nda iştirak ediblər. Xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilənin nümayişi qonaqlar tərəfində maraqla izlənilib.

Qarabağlar Türbə Kompleksinə gələn konfrans iştirakçılarına məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan kompleks elmi və tarixi əsaslarla bərpa edilib. Tarixi abidə qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksə daxil olan tikililər zaman keçdikcə dağıntıya məruz qalmışdı. Türbənin memarlıq xüsusiyyətləri, kitabələrin işlənmə texnikası və digər əlamətləri onun Naxçıvan memarlıq məktəbinin nümunəsi olduğunu təsdiq edir. Qülləvari xatirə tikintilərinə aid olan türbə on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı var. Baştağlarının dördünün də baş tərəfində “Qurani-Kərim”in “Əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.

“Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları kompleksin xanəgah hissəsində nümayiş etdirilən eksponatlarla da tanış olublar. Burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri sərgilənir. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda, toxuculuq nümunələri məişət mədəniyyətimiz haqqında dolğun təəssürat yaradır. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

Daha sonra qonaqlar Babək rayonunun Nehrəm kənd məscidinə gəliblər. Burada məlumat verilib ki, 2016-cı ilin noyabr ayında istifadəyə verilən məscidin sahəsi 830 kvadratmetrdir. İki hissədən ibarət olan zalda qadın və kişilərin ayrı-ayrılıqda ibadət etməsi üçün şərait yaradılıb, məscidin daxili milli və dini ornamentlərlə, naxışlarla bəzədilib, divarlara “Qurani-Kərim”dən ayələr həkk olunub. Burada 570 nəfər eyni vaxtda ibadət edə bilər.

Konfrans iştirakçılarının Naxçıvanın türk-islam mədəniyyəti abidələri ilə tanışlığı onlarda xoş təəssüratlar yaradıb.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR