18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan Ordusu ildırımsürətli müharibə planı ilə Dağlıq Qarabağ ətrafı rayonları işğaldan azad edir və… – Rus mətbuatından Əliyev – Putin görüşünə dair sensasiyalı iddia
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri rus mediasında geniş şəkildə şərh olunur.
Emtv.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında son görüşlər və Putninin Azərbaycana səfəri ilə bağlı “Pravda” qəzetində “Визит Путина в Баку: Карабах поделили?” (Putinin Bakıya səfəri: Qarabağı böldülər?) məqaləsi dərc olunub.
Putinin Bakıya səfəri zamanı bağlı qapılar araxasında keçirilən görüşlərdə hərbi-texniki əməkdaşlıq, KTMT və Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə edilib. Qəzet, Kremlin İsrailin müdafiə naziri Aviqdor Libermannın Bakıya səfəri və onun Azərbaycana müasir Hərbi-Hava Hücumundan Müdafiə Sistemi və Hava Hücumundan Müdafiə Raket sistemini verməsi haqda razılaşmanı, bu raketlərin ölkənin müdafiəsini daha da gücləndirmək məqsədi ilə Ermənistanla sərhədə yerləşdirilməsi barədə aparılan danıqları diqqətlə izlədiyini yazıb.
“Bundan əlavə olaraq Azərbaycanın bundan sonra da İsraildən pilotsuz uçan apartlar (PUA) almaq niyyətindədir. Hnası ki, bu PUA-lar 2016-ci ilin “4 günlük Aprel müharibəsi” zamanı çox uğurla sınaqdan çıxıb. Odur ki, Rusiya təşəbbüsü ələ alaraq İsraili Azərbaycan bazarından çıxarmağa çalışır. Xüsusən də son İl-20 təyyarəsi qəzasından sonra Rusiya ilə İsrail arasında yaranan soyuq münasibətlərdən sonra, Moskva İsrailin Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığını istəmir. Belə olan vəziyyətdə Rusiya Azərbaycana nə təklif edə bilər və həmin boşluğu necə doldura bilər? Rusiya prezidenti və Azərbaycan prezidentlərinin sentyabrın 1-də Soçidə görüşü zamanı prezident İlham Əliyev belə bir rəqəm səsləndirdi: “Azərbaycan Rusiyadan 5 milyard dollarlıq silah alıb və bu rəqəm gələckdə daha da artacaq”. Azərbaycan prezidentinin sözlərinə görə, Rusiya dünyada hərbi-texniki məhsullar istehsal edən və bu məhsulları dünya bazarına çıxaran ən vacib ölkələrdən biri hesab edib. O baxımdan da Azərbaycan gələcəkdə Rusiyanın yardımı vasitəsi ilə öz ordusunu modernləşdirəcək. O zaman ortaya belə bir sual çıxır ki, iki ölkə arasındakı sıx hərbi-texniki əməkdaşlıq Azərbaycanın MDB müdafiə ittifaqı olan KTMT-nin tam hüquqlu üzvü olmasınə zəruri etmirmi? Bu yolla Azərbaycan Rusiya silahlarını dünya bazarı qiymətinə deyil, Ermənistan kimi Rusiyanın daxili bazar qiymətə almaq imkanı əldə edə bilər. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olduğundan, hər hansı xarici hərbi alyansa qoşulmamaq öhədliyini yerinə yetirərkən neytrallığını qorumalıdır. Digər tərəfdən, İlham Əliyev bəlkə də o zaman Putinin təklif etdiyi kimi KTMT-yə üzv ola bilər ki, Rusiya Azərbaycana Dağlıq Qarabağ ətrafında işğal altında olan yeddi rayondan heç olmazsa beş rayonun ildırımsürətli əməliyyatlarla geri qaytarılmasına mane olmur” – Rusiyanın “Pravda” qəzeti belə yazır.
Putinin bu təklifə reaksiyası hələ bəlli deyil.
“Ola bilsin ki, Putin bu təklifi qəbul edib – etməməsi ilə bağlı müəyyən bir zaman ehtiyacı var. Bir sıra analitiklər hesab edir ki, Putinin cavabı Ermənistanın yeni rəhbəri Nikol Paşinyanın yürütdüyü siyasətdən asılı olacaq. Əgər Paşinyan bundan sonra da Ermənistanı Moskvanın orbitindən uzaqlaşma siyasi krusunu davam etdirərək, Avropa İttifaqı və NATO ilə yaxınlığa cəhd edərsə, Moskva hadisələrin bu cür inkişafından razı qalmayacaq. Bu zaman Moskva Ermənistanı sıxışdırmaq üçün Azərbaycana işğal altında olan rayonları geri qaytarılmasına şərait yarada bilər. Bu da Ermənistanda ciddi narazılığa səbəb olacaq ki, nəticədə Paşinyan ölkədən qaçmaq məcburiyyətində qalacaq. Ermənistanın indiki rəhbəri də belə bir risqin olduğunu yaxşı anladığından Moskva ilə dostluq münasibətlərini qorumaqla, tədricən Aİ-yə və NATO-ya addım-addım yaxınlaşmağa çalışır.”
İrəvanın Putinin Bakı səfərinə çox qısqanclıqla yanaşdığını qeyd edib.
“İrəvan hər vəchlə Putinin Bakıda bağlı qapılar arxasında apardığı danışıqlar və əldə olunan razılıqların detallarını öyrənməyə çalışır. Putinin uzun zamandır səylərinə baxmayaraq, Azərbaycan KTMT-yə üzv olmur. Azərbaycan ordusunun aviasiyası sentyabrın 27-də MDB-nin Hərbi-Hava Qüvvələrinin təlimlərində iştirak etməyib. Rusiya Müdafiə nazirliyinin verdiyi xəbərə görə, həmin təlimlərdə MDB ölkələri olan Rusiya, Qazaxstan, Belarus, Özbəkistan, Qırğızstan, Tacikstan və Ermənistandan 100 təyyarə iştirak edir. Azərbaycanın adı isə bu siyahıda yer almayıb. Hələlik tez bir zamanda status-kvonun dəyişməsini də gözləmək sadəlöhvlük olardı. Buna baxmayaraq bu yaxınlarda Bakıda Azərbaycan və Türkiyə ordusunun birgə hərbi paradı, həmçinin birgə hərbi aviasiya təlimlərinin keçirilməsi, bütün bunların hamısı cəbhə bölgəsində geniş miqyaslı hərbi əməliyyatların başlanmasına işarədir və bu istisna deyil” – Rusiyanın qəzeti belə yazır.
İsmayil İsmayilov
Emtv.az