SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Putin Bakıya gəlir: Qarabağla bağlı açıq danışıqlar başlayır

15-09-2018, 07:54 | Oxunub: 7 211 |

Putin Bakıya gəlir: Qarabağla bağlı açıq danışıqlar başlayır

Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əsas müzakirə mövzusu Dağlıq Qarabağ məsələsinin tənzimlənməsi olacaq.

Emtv.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq budəfəki danışıqların açıq xarakter daşıyacağını bildirib:

“Azərbaycan Cənubi Qafqazda Rusiyanın maraqlarına ən çox cavab verən və Moskva ilə bərabərhüquqlu münasibətləri yüksək səviyyədə inkişaf etdirən yeganə ölkədir. Bu baxımdan da Azərbaycan Rusiyanın ölkəmizə olan münasibətindən çox şey gözləyir. Rusiya Minsk Qrupunun həmsədri və regionda maraqları olan bir ölkə kimi Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinin aradan qaldırılmasında münsif rolunu oynamalıdır. Bakının açıq, birmənalı mövqeyinin Moskvanın nəzərinə çatdırılacağını düşünürəm. Hazırda Bakının bütün siyasi səyləri buna yönəlib, bunun üçün də Moskva ilə dostluq, strateji əməkdaşlıq münasibətləri göz önündə saxlanılır. Bu fonda Gömrük İttifaqı, Avrasiya İqtisadi Birliyi, hətta ola bilsin KTMT-yə daxil olmaqla bağlı təklifləri də nəzərdən keçirə bilərik. Hesab edirəm ki, Bakının açıq, birmənalı mövqeyi tezliklə Moskvanın nəzərinə çatdırılacaq”.

Politoloq qeyd edib ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan öz ərazi bütövlüyünü əlində olan vasitələrlə həyata keçirəcək:

“Azərbaycanın vaxtı çox deyil. Ermənistanın destruktiv mövqeyi Bakıya başqa yol qoymur. Soçidə liderlərin ikitərəfli görüşündə Dağlıq Qarabağ məsələsi müzakirə edilsə də, Bakı danışıqlarında Dağlıq Qarabağ məsələsi ilə bağlı bütün kartlar açılacaq. Çünki Rusiya da Azərbaycanın iqtisadi və siyasi əhəmiyyətini anlayır”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR