SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Putinin Azərbaycan səfəri: Rəsmi Bakı hansı məsələdə Rusiya prezidenti ilə razılaşa bilər? – Bizim şərh

11-09-2018, 13:46 | Oxunub: 7 440 |

Putinin Azərbaycan səfəri: Rəsmi Bakı hansı məsələdə Rusiya prezidenti ilə razılaşa bilər? – Bizim şərh

Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Bakıya səfərə gələcək. Bu barədə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov Bakı-Moskva videokörpüsü zamanı bildirib. V. Putinin gözlənilən Bakı səfəri dünya mediasının diqqətindədir.

Emtv.az xəbər verir ki, bölgədə cərəyan edən proseslər fonunda Bakı Rusiya üçün mühüm bir ölkədir. Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə görüşən Putinin indi də Bakıya səfər etməsi faktı da ölkəmizin önəminin göstəricisidir. Eyni zamanda, Kreml yeni Qarabağ savaşı ehtimalı ilə bağlı suallara cavab axtarır.

Paşinyanın Qarabağıa bağlı verdiyi sonuncu bəyanat fonunda bu suala cavab Kreml üçün vacibdir.

Bəzi araşdırmaçılara görə, Rusiya yeni Qarabağ savaşının qarşısını almaq üçün bölgədə öz qoşunlarını yerləşdirmək istəyir. Paşinyan son açıqlamaları ilə Bakını hərbi əməliyyatlara sövq edir. Lakin Bakı Qərbə də arxayın deyil.

Bir sözlə, Qərb və Rusiya uzunmüddətli savaş məsələsində eyni fikirdədirlər. Onu da vurğulayaq ki, Azərbaycanın xarici siyasət konsepsiyası rəsmən balanslaşdırılmış siyasət üzərində qurulub. Bu, o deməkdir ki, Azərbaycan həm Qərblə, həm də Rusiya və digər ölkələrlə möhkəm və effektli münasibətlər qurmağa çalışır. Məsələ ondadır ki, son zamanlar Azərbaycan və bölgə uğrunda iki dünya nəhənginin yeni savaşı başlayır. Heç də təsadüfü deyil ki, Vaşinqton və Moskvanın münasibətlərinin kəskinləşdiyi bir dövrdə Bakı mövcud status kvonu saxlamaq zorundadır. Bir sözlə, “Qarabağ düyünü”nü çözmək bu dəfə də qəliz görünür. İki supergücün qarşıdurması o anlama gələ bilər ki, artıq tərəflər Qarabağ məsələsində qarşıdurmanın növbəti mərhələsini yaşamaqdadırlar.

Putin Bakı səfəri ilə Trampa şillə vurmaq və Cənubi Qafqazda söz sahibinin Rusiya olduğunu vurğulamaq istəyir. Lakin Bakının maraqlarının təmin edilməyəcəyi təqdirdə, bunu nümayiş etdirmək mümkün olmayacaq. Putinin Bakı səfərində Kremlə elə bir hədiyyə olunmalıdır ki, Vaşinqton bundan əsəbiləşə bilsin. Azərbaycanın Avrasiya İttifaqına və yaxud KTMT-yə qoşulması, Rusiya qoşunlarının Dağlıq Qarabağa yerləşdirilməsi, Qərblə enerji layihələrinə son verilməsi kimi məsələlərin Kreml üçün əsas prioritet olduğu bəllidir. Lakin Putin üçün ən əsas tələb Dağlıq Qarabağa rus qoşunlarının yeridilməsidir. Moskva bu tələbindən geri durmaq fikrində olmadığını dəfələrlə bəyan edib.

Azərbaycanda hərbi mövcudluq Cənubi Qafqaz və Orta Asiyaya nəzarət imkanı verir. Yalnız buna nail olmaqla Kreml Ağ evə dirsək göstərə bilər. Cənubi Qafqazın isə əldən çıxması Vaşinqtonun İrana təzyiq mexanizmlərini əsaslı dərəcədə azalda bilər. Moskva həmçinin əmin olmaq istəyir ki, İrana qarşı Qərb tərəfindən hərbi müdaxilə olarsa, Azərbaycan öz ərazilərini Amerika qoşunlarına təqdim etməyəcək.

Lakin Bakı belə kəskin dönüşlərdə həvəsli deyil. Bu məsələdə Azərbaycanın Rusiyadan silah almaqda davam edəcəyi və Rusyadan silah idxalını artıracağı ilə məhdudlaşmaq mümkündür. Məlum olduğu kimi, silah ticarəti həm də ciddi siyasi addımdır və silah alan dövlət özünün təhlükəsizliyini silah aldığı dövlətə etibar etmiş olur. Bu mənada, indi Azərbaycanın özünün təhlükəsizliyini Rusiyaya həvalə etməsi qənaəti yarana bilər. Bu isə rəsmi Bakının Qərb tərəfdaşlarını narazı salar. Bakı isə balans diplomatiyası ilə Qərbin narazılığını neytrallaşdırmaq fikrindədir.

Putinin Bakı səfərinin Azərbaycanla bağlı Moskva ilə Vaşinqtonun eyni mövqedən çıxış etməsi fikiri də yanlışdır. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiya üçün Cənubi Qafqaz qədər önəmli olmayan Yaxın Şərqdə heç bir güzəştə getməyən Moskvanın daha önəmli saydığı regionda ABŞ-a güzəştə gedəcəyi inandırıcı deyil. Əksinə, Suriyada güzəştə getməyən Rusiyanın Cənubi Qafqazda tamamil güzəştsiz mövqe tutacağını gözlmək lazımdır. Rusiyanın bu güzəştsiz siyasətinin nədən ibarət olacağını isə yaxın aylarda görəcəyik.

Azərbaycan cəmiyyətinin önəmli bir hissəsi Qarabağ cəbhəsində dəyişiklik tərəfdarıdır. Heç şübhəsiz ki, həm Qərb, həm də Rusiya bunun fərqindədir. Kreml anlayır ki, perspektiv planda Azərbaycanı itirib və Bakı artıq heç bir zaman Moskvanın forpostu olmayacaq. Sadəcə olaraq, Moskva əmin olmaq istəyir ki, Xəzər dənizində və sahillərində NATO qoşunları yerləşməyəcək. Bakı bununla razılaşa bilər, lakin əvəzində Qarabağ cəbhəsindəki erməni işğalına son qoymaq istəyir. Erməni işğalının başlıca təminatçısı isə Rusiyadır. Paşinyanın Kremlə dirsək göstərdiyi bir zamanda isə Putinin İrəvanı cəzalandırmasına nail olmaq elə də qəliz görünmür…

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR