18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Əsəd rejimi hərbçiləri ilə PKK terrorçuları arasında atışma – 18 nəfər öldü
Suriyada Əsəd rejiminin qoşunları ilə PKK terrorçuları arasında atışma baş verib və nəticədə xeyli sayda hərbçi ölüb.
Emtv.az xəbər verir ki, atışma Suriyanın Hesekedə PKK terror təşkilatının YPG qolu ilə Əsəd qoşunları arasında baş verib.
Atışma zamanı Əsəd rejiminə bağlı olan hərbçilərdən 11, PKK/YPG terror təşkilatından isə 7 terrorçusu ölüb.
Atışma ilə bağlı Əsəd rejimindən sərt reaksiya verilib. Əsəd rejiminin nümayəndələri bəyan edib ki, 11 hərbçinin qisası alınacaq.
PKK/YPG Əsəd rejimindən baş verən olayla bağlı üzr istəsə də, üzr rədd edilib və onların dərsinin veriləcəyi bildirilib.
Qeyd edək ki, son dövrlərdə Əsəd rejimi ilə PKK/YPG arasında münasibətlər yenidən kəskinləşib. Əsəd YPG nəzarətində olan əraziləri geri almaq istəyir.
İsmayil İsmayilov
Emtv.az