18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Əsəd rejimindən Türkiyəyə qarşı təxribat planı
Suriyada ən azı 5 terror təşkilatı Bəşər Əsəd rejiminə müxalifə olan türkmənlərə və Türkiyəyə qarşı hücum planları hazırlayır. Bu terror təşkilatları Əsəd rejimin nəzarətində topalaşaraq, mütəşəkkil bir qüvvəyə çevrilməyə başlayıb.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu terror təşkilatları Əsədin nəzarəti altında Suriyanın şimal-qərbində Türkiyə ilə həmsərhəd olan Latakiya əyalətinə toplaşaraq, buradan hücum planlarını həyata keçirmək istəyir.
Terrorçular müxtəlif təlim düşərgələrində təlim keçərək Latakiyəyə gəliblər.
Bu terrorçuların Afrin, Mənbiç, Tel Abyad, Rakkadan gəldiyi və onların sayının iki yüzdən yuxarı olduğu bildirilir.
Bu terrorçular İran dəstəkili təlim mərkəzlərində təlim keçdikdən sonra nəzərdə tutulan bölgələrə göndərilir.
“Yeni şafak”da terroçuların PKK, DKKP-C, “Mukavime Suriyae”, Avropadan olan terrorçulardan təşkil etdiyi Birləşmiş Azadlıq Gücləri (BÖG) təlim mərkəzlərindən istifadə etdiyi qeyd olunub.
Adı çəkilən terrorçular hazırda Latakiyada Əsəd rejiminə aid fövqəladə hallar binasında, Avanlı, Fırınlık, Saray ərazilərdə və Çalmadakı hərbi birləşmə nöqtələrindən düşərgə kimi istifadə edirlər.
Türkmən Dağında Əsəd rejiminə qarşı mübarizə aparan Azad Suriya Ordusunun xüsusi təyinatlıları qrupunun komandanı Fursanul İmanın sözçüsü Mühəmməd Yavuz bildirib ki, bu terror təşkilatları Latakiyada PKK birgə əməkdaşlıq edərək, türkmənlərə və Türkiyəyə qarşı təxribatlar hazırlamaqdadır: “Biz vəziyyəti yaxında cəbhə Əgər savaş burada bitərsə, onların növbəti hədəfi Türkiyədir və bunu hamı bilir”.
İsmayil İsmayilov
Emtv.az