17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bəşər Əsəddən PKK/YPG terrorçularına çağırış : “Türkiyəyə qarşı birləşək…”
Suriya dövlət başçısı Bəşər Əsəd Türkiyənin Afrində apardığı “Zeytun budağı” əməliyyatıma qarşı rejimə məxsus hərbçiləri göndərəcəyini bildirib.
Emtv.az xəbər verir ki, Əsəd Afrində YPG/PKK ilə rejim hərbçilərinin “Zeytun budağı” əməliyyatına qarşı danışıqlar apardığını etiraf edib: “Qüvvələrimizin Afrin şəhərinə daxil olması normaldır. Əcnəbilərin təhdidi müzakirə mövzusu olanda bütün birləşmələr vəhdət halında olmalıdır. Suriyadakı birləşmələrin birləşməsi lazımdır”.
Afrinin ətrafını terrorçulardan azad edən TSQ və ASO hərbçiləri regionda apardıqları sistemli əməliyyatlar nəticəsində ətrafda olan kənd və təpələri alaraq şəhər mərkəzinə doğru irəliləyir.
Xüsusilə, Afrinin qərbində yerləşən ərazilərdə PYD/PKK-ya məxsus obyektlər məhv edilmiş, sonradan bu hədəflərin rejimə məxsus olduğu məlum olmuşdu.
Qeyd edək ki, terror təşkilatının PKK/PYD-nin liderlərindən olan Behcet Ebdo rus mətbuatına verdiyi açıqlamada Türkiyə Silahlı Qüvvələrinin Afrində rejimə məxsus hədəflərin vurulmasını təsdiqləyib.
Əsəd əsgərlərinin Afrində terrorçulara yardım etmək üçün gəldiyini təsdiqləyən Edho, TSQ-ya bağlı təyyarələrin bombardımanı nəticəsində 48 əsgərin öldüyünü bildirib.
“Afrinə yardım üçün gələn Suriya hökumət qüvvələrində ölənlər və yaralılar var. Türkiyənin hücumları nəticəsində indiyə qədər 48 nəfər Əsəd əsgəri Afrində öldü”-Behcet Ebdo belə deyib.
Suriyada terrorun bitməməsi üçün hər gün fərqli planlar həyata keçirilir. Daha əvvəl YPG üçün “vətən xaini” ifadəsi işlədən Suriya dövlət başçısı Bəşər Əsəd xain dediyi YPG-li terrorçularla ittifaq yaradıb. İttifaqın olması daha əvvəl YPG terrorçuları və rejim tərəfdarları tərəfindən təkzib edilsə də, artıq gizləmirlər.
Emtv.az