17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İŞİD NEFTİ ƏSƏD REJİMİNƏ SATMAQLA GƏLİR ƏLDƏ EDİR
"İŞİD nefti Suriya və Türkiyəyə satmaqla ayda 40 mln dollar əldə edir"
İŞİD terror qruplaşması tərəfindən satışa çıxarılan neftin alıcıları Suriya və Türkiyədir. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ maliyyə nazirinin terrorla mübarizə və maliyyə kəşfiyyatı üzrə müavini Adam Zubin bildirib.
“İŞİD nefti Əsəd rejiminə satmaqla böyük gəlir əldə edir. Neftin bir hissəsi isə sərhəddən keçirilməklə Türkiyəyə tədarük edilir”, deyə Adam Zubin qeyd edib.
Zubin həmçinin qeyd edib ki, İŞİD nefti Suriya və Türkiyəyə satmaqla ayda təxminən 40 mln dollar məbləğində gəlir əldə edir.
Bundan əvvəl Zubin bildirmişdi ki, İŞİD terror qruplaşması Suriyada bankların qarətindən və neft qaçaqmalçılığından 1,5 mlrd dollar əldə edib.
“İŞİD qara bazarda neftin satışından 500 mln dollardan çox vəsait əldə edib. Bundan başqa, qruplaşmanın üzvləri İraq və Suriyadakı bankların qarətindən 500 mln dollardan 1 mlrd dollaradək gəlir əldə edib”, deyə o bildirib.
“İŞİD həmçinin qəddar üsullardan istifadə etməklə əhalidən zorla milyonlarla dollar alıb”, deyə nazir müavini əlavə edib.