18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Almaniyalı nazir Avropanı ABŞ-a müqavimət göstərməyə çağırdı
Almaniyanın xarici işlər naziri Xayko Maas Avropa İttifaqı (Aİ) ölkələrini ABŞ-ın sanksiyalarına “dovşanın yırtıcı ilan qarşısında əyləşən kimi” yekdil qərar qəbuletmə prinsipindən imtina etməyə çağırıb.
Emtv.az xəbər verir ki, Almaniya xarici siyasət idarəsinin rəhbəri Xayko Maas bu fikri “bild”ə açıqlamasında deyib.
Avropa və ABŞ əlaqələrini münasibətlərində Donald Trampın siyasətini kəskin tənqid edən almaniyalı nazir iqtisadi sanksiyaların və yaxud gömrük rüsumunun artırılması barədə qərardan sonra dovşan kimi yırtıcı ilan qarşısında oturduğu kimi oturub gözləyə bilmədiklərini deyib. O, əminliklə qeyd edib ki, burada söhbət qətiyyən Avropanın dağınıq mövqe sərgiləməsindən getmir, əksinə Aİ-nin Vaşinqtonun əlavə gömrük rüsumunu tətbiq etməsinə və İranın nüvə sazişindən çıxmasına vahid mövqe nümayiş etdirməkdən gedir.
Almaniyalı nazir Aİ-nin xarici siyasət məsələləri ilə qərarların qəbul edilməsi prosesində də dəyişikliyin edilməsinin zəruriliyini qeyd edib: “Mövcud yekdillilik qərarı bir çox hallarda Aİ daxilində müəyyən gərginliyin artmasına səbəb olur”.
Maas eyni zamanda ABŞ-la Çin arasındakı ticarət müharibəsinin Almaniya üçün təhlükə törətdiyini bildirib.
O həmçinin amerikalıların Rusiyaya qarşı sanksiyaların köməyi ilə Avropa İttifaqının enerji bazarına təsir etməsini də yolverilməz hal hesab edib.
Aynurə Kərimova,
Emtv.az