17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ-la Avropa dövlətləri arasında gərginlik: Gömrük vergisi qalmaqalı böyüyür
ABŞ-ın Avropa ölkələrindən polad və alüminium idxalı ilə bağlı gömrük vergisini artırması Vaşiqntonla Avropa İttifaqına üzv və üzv olmayan Qərb ölkələri arasında ciddi gərginliyə gətirib çıxarıb.
Artıq Avropa ölkələri də ABŞ-ın bu hərəkətini cavabsız qoymaq niyyətində deyil.
Kanadanın xarici işlər naziri Xristiya Frilend bəyan edib ki, Vaşinqtonun bu addımına cavab olaraq ABŞ-dan idxal olunan məhsullara 12,8 milyard dollar həcmində əlavə dəyər vergisi tətbiq etməklə yanaşı, onun polad və alüminiuma qarşı tətbiq etdiyi gömrük vergisi ilə bağlı Ümumdünya Ticarət Təşkilatına da şikayət edəcək.
Nazir deyib ki, ABŞ məhsullarına tətbiq edilən vergi qərarı iyulun 1-dən etibarən qüvvəyə minəcək: “Bu qərar ABŞ-ın qərarı dəyişməyənədək qüvvədə qalacaq”.
İngiltərənin dam ötrükləri ilə məşğul olan “UK Steel”in rəhbəri Gareth Stace, ABŞ-ın polad və alüminium sektoruna yönəlik gömrük vergisini tətbiq etməsini Vaşinqtonun Avropa Birliyi (Aİ) liderlərinin başına silah dirəmiş vəziyyət kimi dəyərləndirib.
Bu barədə BBC-yə mövqeyini açıqlayan Stace bildirib ki, ABŞ-ın bundan əvvəl Çinə qarşı tətbiq etməyə planlaşdırdığı proteksionist tədbirləri indi Avropa Birliyinə qarşı tətbiq etməyə çalışır.
Fransanın maliyyə naziri Bruno Le Mariya, ABŞ-ın Avropalı metal istehsalçılarına qarşı gömrük vergisini artırmasının “əsassız” və “təhlükəli” olduğunu söyləyib.
Emtv.az