18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gömrük generalı Mehdiyev köhnə təkər satanlara cavab verdi: “Balalarımızı düşünürük…”
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Almaniyadan idxal edilən köhnə avtomobil şinlərinə görə rüsumların 3 dəfədən çox artırılmasından sonra bir qrup sahibkarın davam etməkdə olan etirazlarına müasibət bildirib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Komitənin sədr müavini Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında təsdiq edib ki, bir köhnə təkərə (şinə) görə gömrük rüsumu 3 dollardan 10 dollara qaldırılıb.
«Ümumilikdə, 500-dən çox gömrük tarifləri dəyişdirilib, rüsumların 57 faizi dəyişməyib. Dəyişən tariflərin yalnız 7 faizi artırılıb», – S.Mehdiyev əlavə edib.
Mehdiyev işlənmiş şinlərə tətbiq edilən rüsumun artırılmasına qarşı keçirilən etiraz aksiyasına da münasibət bildirib: «Ölkəyə cəmi 3 nəfər işlənmiş təkər gətirib, lakin mitinqə 150-200 nəfər yığışmışdı. Bu, uyğun gəlmir. Biz xalqımızın gələcəyini, balalarımızı düşünürük».
DGK sədri Aydın Əliyev isə şikayətçiləri dinlədiklərini qeyd edib: «Qərar noyabrın 17-də dərc edilib və qüvvəyə minib. Həmin vaxtdan 3 nəfərin adına qeydiyyatda olan 6 maşın işlənmiş təkər gətirilib. Etiraz edən 100 nəfərdən sənədlərini və özünü təqdim etmələrini istədik, onlardan cəmi 11-i sənədini təqdim etdi. Qalan 89-u qaçdı. Onlar iddia edirlər ki, 3 avroya təkər alırlar, buna görə niyə 10 dollar rüsum ödəməlidirlər? Biz də deyirik ki, siz 3 avroluq təkəri burda 50 manata sata bilirsizsə, deməli, bu rüsumu da ödəyə bilərsiniz».
Emtv.az