18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Maşın bazarında yeni qayda: Hər təkərə görə 1, maşına görə isə 2 manat - VİDEO
İcarə pulu, eyni zamanda vergi ödənişi 50 manat qaldırılıb
İcarə haqqının qaldırılması və bir sıra əlavə ödənişlər sahibkarların narazılığına səbəb olub. Görüntülər paytaxtın Xətai rayonunda Babək prospektində yerləşən və ''Maşın bazarı'' kimi tanınan ticarət mərkəzindəndir.
Burda təkər satışı ilə məşğul olanlar deyir ki, bir neçə gündür bazar rəhbərliyi icarə qiymətlərini və vergi ödənişini qaldırıb. Sahibkarlar deyir ki, hər ay mağazanın icarəsi üçün 1800 manat və əlavə olaraq 270 manat vergi pulu verirlər.
Bundan əlavə, vergi adı ilə yığılan pullarının məbləğinin də artırılması mağaza işlədənləri özündən çıxarıb. Onlar deyir bazar rəhbərliyinə vergi pulu kimi ödədikləri məbləğ heç vergilər nazirliyinə çatdırılmayıb. Çünki vergi müfəttişləri tərəfindən ödəniş etməmələrinə görə cərimələniblər. Gün boyu bazarda təkər satılan mağazalar bağlanıb və sahibkarlar yığışaraq bu vəziyyətin dəyişməsini tələb ediblər. Lakin bazar rəhbərliyindən bir nəfər bildirib ki, icarə pulu, eyni zamanda vergi ödənişi 50 manat qaldırılıb. Səbəbinə gəlikdə isə həmin şəxs bunun bazarın sahibinin göstərişi ilə edildiyini dedi.
Emtv.az