18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda maşın bazarında aksiya, ərazi polis nəzarətindədir
Bakının Babək prospektində yerləşən maşın bazarının sahibkarları etiraza başlayıb.
Emtv.az xəbər verir ki, sahibkarların criminal.az saytına verdiyi məlumata görə, etiraza qalxmalarına səbəb icarə haqqı və vergi pulunun bazar rəhbərliyi tərəfindən qaldırılmasıdır.
Onların sözlərinə görə, hər ay mağazanın icarəsi üçün 1500 manat, əlavə olaraq isə 270 manat vergi pulu verirlər. Lakin bazar rəhbərliyinin işini aparan Həsrət adlı şəxs icarə pulunun, eyni zamanda vergi pulunun 50 manat qaldırıldığını deyir.
''Bizdən hər ay vergi üçün 270 manat alınır. İndi də həmin məbləği 320 manata qaldırırlar. Biz də buna etiraz edirik. Bizə verdiyimiz vergiyə görə heç bir sənəd verilmir. Ona görə də bazar rəhbərliyi qarşısında tələblərimiz var. Mağazaları bağlayıb toplaşmışıq. Bazara giriş-çıxışı bağlamışıq. Əraziyə çevik polis alayının əməkdaşları gəlib''-deyə sahibkarlar bildirir.
Bazar nəzarətçisi olan Həsrət adlı şəxs icarə və vergi pulunun qaldırıldığını təsdiqləyib. Bildirib ki, mağaza sahibləri buna etiraz olaraq toplaşmışdılar. Hazırda onlar sakitləşib və bazar rəhbərliyinin gəlməsini gözləyirlər.
Emtv.az