18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Avropa İttifaqı ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları ilə razılaşmır
Avropa İttifaqı getdikcə daha tez-tez ABŞ-ın xarici siyasətindən qıcıqlandığını gizlətmir. Son günlər isə rəsmi Vaşinqtonun Moskvaya qarşı strategiyası Brüsseldə emosiyalar dalğasına səbəb olub. Bu gün artıq Avropanın nüfuzlu nəşrləri də bunu ört-basdır etməyə çalışmır.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr palatası Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qanun layihəsini qəbul edib. Bu sənəd senatın və prezidentin təsdiqini gözləyir.
Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, “Financial Times”ın yazdığına görə, Avropa Komissiyasının başçısı Jan-Klod Yunker Avropa İttifaqının mümkün cavabını təcili şəkildə müzakirə etməyə çağırıb. Vaşinqtonun yeni addımlarında Avropanı narahat edən cəhət ilk növbədə şəxsi maraqları və çoxmilyardlıq layihələridir (xüsusilə, energetika sahəsində) ki, bunlar ABŞ-ın yeni sanksiyalarına görə zərbə altında qala bilər.
“Politico” qəzetinin Avropa nəşri bununla bağlı yazır: “Təklif edilmiş qanun layihəsi Brüsseli ona görə hiddətləndirib ki, bu sənəd qərb dünyasının Moskvaya münasibəti ilə uzlaşmır, həmdə ona görə ki, o, Avropa və onun energetika şirkətləri üçün vacib olan energetika infrastrukturunun bir neçə layihəsini təhlükə altında qoyur”.
Şərhçiləri ən çox maraqlandıran isə odur ki, Avropa İttifaqının sözdə deyil, işdə öz milli maraqlarını müdafiə etməyə hünəri çatacaqmı?
Emtv.az