SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-a “hazır olun” çağırışı : Türkiyə İncirlik hərbi bazasını bağlaya bilər

3-08-2018, 11:46 | Oxunub: 9 290 |

ABŞ-a “hazır olun” çağırışı : Türkiyə İncirlik hərbi bazasını bağlaya bilər

ABŞ-n düşüncə mərkəzlərindən olan “Bipartizan Policy Center”in milli təhlükəsizlik analitiki Nikolas Danford, türk nazirlərə qarşı sanksiya tətbiq edilməsinin ardından, Türkiyənin İncirlik bazasının bağlaya biləcəyini, Vaşinqtonun buna hazırlıqlı olması lazım olduğunu bildirib.

Emtv.az xəbər verir ki, “Bipartizan Policy Center”in internet saytında nəşr olunan analitik yazıda Danford, Türkiyə hökumətinin sanksiyalara eyni şəkildə qarşılıq verəcəyini açıqlayıb.

ABŞ-Türkiyə münasibətləri böhranın astanasındadır. Nə Vaşinqton, nə də Ankara geri addım atmaq fikirində deyil. ABŞ keşiş Brunsonu Türkiyədən almaq üçün, diplomatik yollar axtarmalıdır.

Bununla yanaşı Vaşinqton, rəsmi Ankaranın Türkiyədəki İncirlik hərbi bazasını bağlanma ehtimalına qarşı hazırlıqlı olmalıdır.

Vaşinqton həmçinin, İraqdan Balkanlara qədər regional siyasətini nəzərdən keçirməyə başlamalıdır”- Nikolas Danford belə deyib.

Qeyd edək ki, ABŞ Türkiyədə həbs olunan casus keşiş Endryu Brunsona görə, Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Abdulhəmid Gülə sanksiya tətbiq etdiyini açıqlayıb. ABŞ-dan edilən açıqlamaya görə, sanksiyalar çərçivəsində, iki nazirin ABŞ-dakı mal varlıqları və mal varlıqlarından əldə edəcəkləri faiz gəlirləri dondurulub.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR