SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Ünücü dünya müharibəsi” – ABŞ-ın türkiyəli nazirlərə sanksiya qərarı dünya mətbuatında

2-08-2018, 09:38 | Oxunub: 9 268 |

“Ünücü dünya müharibəsi” – ABŞ-ın türkiyəli nazirlərə sanksiya qərarı dünya mətbuatında

ABŞ-ın Türkiyənin ədliyyə naziri Abdulhəmid Gülə və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq etməsi barədə qərar çıxarması dünya mediasında geniş rezonansa səbəb olub.

Emtv.az xəbər verir ki, “Washington Post” qəzetinin yazdığına görə, ABŞ Türkiyədə həbs edilən rahiblə bağlı olaraq bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Qəzet yazır ki, son günlərdə prezident Tramp Türkiyədə həbs edilən amerikalı rahib Andrey Brunsonla bağlı müetəmadi olaraq açıqlama verirərək, onun azad edilməsini tələb edirdi.

Trampa yaxınlığı ilə seçilən “Fox News” isə yazır ki, Tramp amerikalı rahibə görə, Türkiyə rəsmilərinə qarşı sanksiya tətbiq edib: “ABŞ-ın vitse-prezidenti hələ ötən həftə Türkiyənin rahib A.Brunsonun ev dustaqlığına göndərilməsini yetərli hesab etməyib”.

İngiltərənin “Daily Express” qəzeti isə iki ölkə arasındakı gərgin münasibətlərə toxunaraq, “Ünücü dünya müharibəsi: Türkiyə ABŞ-ı təhdid edir və Trampın sanksiyalarını “düşmən” mövqe hesab edir” adlı məqalə yazıb. Baxmayaraq ki, bu qəzet bir müddət öncə Şimali Koreya ilə ABŞ arasında da vəziyyətin gərgin olduğu bir zamanda da buna uyğun məqalə dərc etmişdi, lakin sonradan bu iki ölkə arasına əlaqələr normallaşdı.

Almaniyanın “Süddeutsche Zeitung” və “Die Welt” mətbu orqanları da məsələyə geniş yer verib.

Fransanın “Le Figaro” qəzetidə bu hadisələrə toxunaraq yazıb ki, ABŞ Türkiyədə həbs edilən rahibə görə iki nazirə sanksiya tətbiq edib.

Fransanın dah bir mətbu orqanı ola “Le Point” isə yazıb ki, Türkiyəyə tətbiq edilən sanksiyalardan sonra Ankara ABŞ-ı təhdid edib.

İsrailin “Haaretz” mətbu orqanı da məsələ haqqında məqalə dərc edib. Həmin mətbu orqanında da ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsinin səbəbini amerikalı rahibin həbsi ilə izah edib.

Atnurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR