18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ Türkiyədə istintaqı aparılan casus-keşiş Brunsona görə iki türk nazirə sanksiya tətbiq etdi – Rəsmi Ankara “od püskürdü”
ABŞ Maliyyə Nazirliyi Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Abdulhəmid Gülə sanksiya tətbiq edib.
Emtv.az xəbər verir ki, sanksiyanın səbəbi FETÖ istintaqı ilə bağlı həbs edilən, sonradan isə ev dustaqlığına buraxılan ABŞ-lı casus- keşiş Endryu Brunsonla bağlıdır.
ABŞ Türkiyədən casus haqqında istintaqın dayandırılmasını tələb edir. Rəsmi Ankara isə ABŞ-ı Türkiyə ədliyyə sisteminə təzyiqdə ittiham edərək, son qərarı türk məhkəməsinin verəcəyini bəyan edib.
ABŞ-ın iki türk nazirə sanksiya tətbiq etməsinə Türkiyədən sərt reaksiya verilib. Vitse-prezident Fuat Oktay ABŞ-ın beynəlxalq müqavilələrə əməl etmədiyini deyib. “Baş verən son hadisələr, böyük dövlət olmağın iqtisadi, hərbi və ya coğrafi ölçü ilə eyni olmadığını bir daha bütün dünyaya göstərmişdir.
Böyük dövlət olmaq, beynəlxalq hüquq çərçivəsində hərəkət etməyi, imzalanan müqavilələrə sadiq olmağı, ədalət və hörmət prinsipinə sadiq qalmağı, xalqının maraqlarını kiçik mənafe qruplarının üstün tutmağı və həmişə məzlumların yanında olmağı tələb edir.
Biz, bayrağı, vətəni və milləti birlikdə olan böyük bir dövlətik. Cənab prezidentimizin liderliyində böyük dövlət olmaq yolundan bir an belə tərəddüd etmərik”- Fuat Oktay belə deyib.
Türkiyə Hakimlər və Prokurorlar qurumunun (HSK) rəhbəri Mehmet Yılmaz isə ABŞ-ın Ədliyyə və Daxili İşlər Nazirinə qarşı sanksiya qərarını məhkəməyə yersiz müdaxilə adlandırıb. “Bu yanlış qərar dərhal ləğv edilməli, beynəlxalq hüquqa və müstəqil məhkəməyə hörmət edilməlidir.”
Hakim AK Partiya sözçüsü Mahir Ünal isə ABŞ-ın bu mövqeyini təcavüzkarlıq adlandırıb. “Türkiyə lazım olan cavabı verəcək. ABŞ-ın bu sanksiyası Türkiyəyə qarşı təcavüzkar bir mövqedir.”
Haqqında sanksiya qərarı verilən Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın qərarına fərqli münasibət bildirib. “ABŞ-da bir malımız var FETÖ. Onu da orada qoymarıq, alacağıq”-Süleyman Soylu belə deyib.
Aysu Əliyeva
Emtv.az