18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ankara ABŞ-ı İncirlik aviabazasını bağlamaqla hədələdi
Ankara Vaşinqtonun qeyri-səmimi siyasətinə görə, İncirlik aviabazasını ABŞ-ın üzünə bağlaya bilər.
Emtv.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
“Biz ABŞ-la normal əlaqələr qurmağa çalışırıq. Əlaqələrin normallaşması üçün ABŞ Mənbiç məsələsinə konkret addımlar atmalı, FETÖ başçısı Fətullah Gülən təhvil verilməlidir. Bundan başqa, digər probemlər də var”,- Çavuşoğlu bildirib.
O əlavə edib ki, nə zaman bu məsələ gündəmə gəlirsə, xalq İncirlik və Kürəcik bazasının bağlanmasını tələb edir.
“Bizim əlimizdə müəyyən üstünlüklər və digər “kozır”lar var. Ona görə də ABŞ bizim kimi müttəfiqi itirməməlidir. O baxımdan da ABŞ-dan səhv addımlarından geri çəkilməsini gözləyirik”.
Emtv.az