17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İcra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Ağcabədi rayonunun icra başçısının xidməti avtomobili ilə bağlı maraqlı məqam ortaya çıxıb.
Emtv.az xəbər verir ki, azpolitika-ya daxil olan 04-AA-001 dövlət qeydiyyat nişanlı avtomobilin Baş Dövlət Yol Polisi İdarəsinin radarlarındakı görüntüsü, yumşaq desək, təəccüb doğurur.
Təqdim olunanfotodanda göründüyü kimi, bu avtomobil BMV markalıdır və bütün icra hakimiyyəti başçılarının xidməti maşını kimi,AA-001seriyası daşıyır. Lakin radarlardakı informasiyada avtomobilin markasıBMV yox, VAZ-21214 kimi göstərilir. VAZ-21214 isə hamımızın tanıdığı NİVA-dır. Yəni belə çıxır ki, icra başçısının xidməti maşını BMV olduğu halda, BDYP-nin sistemində NİVA kimi qeydiyyatdan keçirilib. Yaxud da, NİVA markalı avtomobilə aid olan dövlət qediyyat nişanı BMV-yə vurulub ki, bu da inandırıcı görünmür.Çünki bütün AA-001 seriyaları yalnız başçıların xidməti avtomobillərinə aiddir, Agcəbədinin icra başçısının istifadəsinə NİVA avtomobilinin verilməsi isə inandırıcı deyil.Üçüncü variant da odur ki, BDYP-nin radar sistemində texniki səhv var. Ancaq bu da mümkünsüz görünür, ən azı ona görə ki, əldə etdiyimiz məlumata görə, artıq uzun müddətdiricra başçısı Şahin Məmmədovməhz bu avtomobildən istifadə edir və bir icra başçısına aid nəqliyyat vasitəsinin yol polisinin qeydiyat sistemində təsadüfən səhv göstərilməsi inandırıcı deyil.