SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda yol polisləri də CƏRİMƏLƏNƏCƏK

5-04-2017, 13:52 | Oxunub: 12 663 |

Azərbaycanda yol polisləri də CƏRİMƏLƏNƏCƏK
Yol hərəkəti qaydalarına riayət etmək hər bir şəxsin borcudur. Hətta xüsusi qaydada əməliyyat yerinə yetirməyən yol polisləri belə, yolda sayrışan işıq siqnalları ("miqalka") söndürmüş halda hərəkət edirlərsə, bu zaman adi sürücü kimi yol hərəkəti qaydalarına əməl etməlidirlər. Amma təəssüf ki, çox zaman yol polisi əməkdaşlarının hətta qeyri-iş zamanı belə, "xüsusi imtiyazlı şəxs" kimi qaydaları pozmasının şahidi oluruq.

Emtv.az xəbər verir ki, sputnik-in redaksiyasına gələn məktublarda yol polisinin avtomobildəki sayrışan işıq siqnalları sönülü olduğu zaman çoxsaylı qayda pozuntularına yol verdikləri bildirilir. Sürücülər belə hallara rast gəlindikdə qayda pozan yol polisləri ilə bağlı kimə şikayət edilməli olduğunu soruşurlar. Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, yol polisi sayrışan işıq siqnallarını yandırarsa, xüsusi əməliyyat yerinə yetirdiyi zaman qaydaları pozmaq hüququna malikdir: "Yol polisləri sayrışan işıqları yandıraraq işlə əlaqədar müəyyən qaydaları poza bilərlər. Amma sayrışan işıq siqnalları söndürdükdən sonra yol polisinin qayda pozması qadağandır. Yuxarı instansiyalar müəyyən yoxlanış zamanı qanunsuzluğu aşkar edərsə, qaydanı pozan polisləri cəzalandıra bilər".

Ekspertin sözlərinə görə, yol polisi qaydaları pozarsa, bu zaman hadisənin şahidi olan istənilən sürücü 102-yə zəng edib yol polisinin qayda pozması ilə bağlı məlumat verə bilər: "Bir şərtlə ki, sürücünün əlində sübut olsun. Bu zaman həmin yol polisi cəzalandırıla bilər".

"Yol polisi digər nəqliyyat vasitələri ilə müqayisədə nisbətən çox üstünlüyə malikdir. Sürücünün avtomobili saxlayıb DYP-yə irad tutmağa ixtiyarı yoxdur. Eyni zamanda, digər sürücünün qanunu pozmasına da irad bildirə bilməz. Hər bir yol iştirakçısının öz hüquq və vəzifələri var. Amma sürücünün baş verən qanun pozuntusunun şəkil və ya videosunu çəkib aidiyyəti orqanlara təqdim etmək hüququ var. Bu zaman qanun pozan yol polisi cəzalana bilər" - deyə ekspert əlavə edib.

Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da açıqlamasında məsələnin bir neçə tərəfi olduğunu bildirib: "Yol hərəkəti qaydalarında, operativ nəqliyyat vasitələrinin (bunlara yanğın söndürən, təcili yardım, yol polisi və digərləri aiddir) xüsusi sayrışan işıq siqnallarını qoşaraq müəyyən işi icra etmək üçün qaydaları poza biləcəkləri qeyd edilir. Bu zaman bütün sürücülər həmin operativ nəqliyyat vasitəsinə yol verməlidirlər. "Yol hərəkəti haqqında" qanunun 74-cü maddəsində deyilir ki, operativ nəqliyyat vasitələrinin sürücüləri xidmət zərurəti ilə bağlı olduqda, təhlükəsizlik qaydalarına riayət etməklə qaydaları poza bilərlər. O cümlədən sükan arxasında telefonla da danışa bilərlər". "Amma bu, sırf işlə bağlı telefon danışığı olmalıdır. DYP əməkdaşı şəxsi məsələlərə görə sükan arxasında danışırsa, o zaman həmin yol polisi cərimə oluna bilər" - Hüseynov vurğulayıb.


Onun sözlərinə görə, yol polisi qayda pozuntusuna yol verirsə, hər bir sürücünün 102-yə zəng edib bu haqda məlumat vermək hüququ var: "Aidiyyəti orqanlar bu məsələni aydınlaşdıracaq. Yol polisi sükan arxasında həqiqətən qayda pozursa, o da adi sürücülər kimi qanunla cərimələnəcək. Araşdırma zamanı aydın olsa ki, yol polisi qaydaları pozmayıb, bu zaman şikayət edən sürücüyə aidiyyəti orqanlar tərəfindən məlumat verilir ki, sizin məlumatınız doğru deyil və ya yol polisi qaydaları xidməti zərurətdən irəli gələrək məcburi şəkildə pozub".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR