17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Cəriməni ödəməyən icra başçıların siyahısı- Kimin nə qədər borcu var?
“İcra başşısının toxunulmazlıq hüququ yoxdur”- Bunu açıqlamasında Elməddin Muradlı deyib.
Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun və oğlunun cərimə və balları barədə mətbuatda müxtəlif məlumatlar yayılır. Bildirilir ki, bir müddət əvvəl yol polisinin keçirdiyi gecə reydlərinin birində başçının xidməti avtomobili cərimə meydançasına aparılıb. Bundan əvvəl isə onun xidməti avtomobilində qanunsuz olaraq sayrışan işıqlar və səs siqnalı quraşdırılması barədə məlumat verilib. Bu dəfə isə məlum olub ki, Xaləddin İsgəndərovun 10 AA 812 dövlət nömrə nişanlı xidməti avtomobilinin xeyli cəriməsi var. Lakin icra başçısı cərimələri ödəmir. Hazırda isə həmin avtomobillə bağlı DYP-nin sistemində 7 MMX protokolu var.
Bundan əlavə, icra başçısı xidməti avtomobilinin oxşar nömrəsini şəxsi avtomobilinə vurub. Məlumata görə, 90 AA 812 dövlət nömrə nişanlı «Lexus-570» markalı avtomobili icra başçısının oğlu idarə edir. Hazırda həmin avtomobillə bağlı DYP-nin sistemində 29 MMX protokol var. Cərimələrin ümumi məbləği isə 2800 manatdır. Xaləddin İsgəndərovun oğlunun törətdiyi qayda pozuntuları daha ağır olduğu üçün cərimə balları 48-ə çatıb. Amma nədənsə icra başçısının və oğlunun barəsində qanunvericilikdə nəzərdəə tutulmuş qaydada tədbirlər görülməyib.
“Başçı sürücüsünə öyüd-nəsihət verməlidir”
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu məlumat həqiqətəuyğundur və özlərinin araşdırması nəticəsinin məhsuludur: “Dəfələrlə Binəqədi rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili ilə bağlı mətbuatda müxtəlif məlumatlar yaymışıq. Səs siqnallarından, sayrışan işıqlardan istifadə etdiyi üçün həmin avtomobil neçə il əvvəl cərimə meydançasına aparılıb. Bu xidməti avtomobil prezidentin, baş nazirin, Milli Məclis sədrinin maşını deyil. Sadəcə bir icra başçısının maşınıdır. Burada vahiməli səs çıxaran, sayrışan işıqların quraşdırılması düzgün deyil. Çünki icra başçısının maşını hansısa xüsusi təyinatlı və ya operativ nəqliyyat vasitəsi deyil. Onun dəfələrlə kobud qayda pozuntularını biz yaymışıq. Qarşı zolağa çıxma, işıqforun qırmızı işığında hərəkət etmək kimi qayda pozuntuları olub.
Biz demirik ki, bunların hamısını Xaləddin müəllim özü edir. Sadəcə, sürücüsünə öyüd-nəsihət və tapşırıq verməlidir. Bu cür maşın sürməklə özü öz həyatını və başçısının həyatını təhlükə altına atır. Qırmızı işığı keçən zaman biri onu vuracaq və ya başqa problem çıxacaq. Belə davam eləsə, işlərin axırı heç də yaxşı olmayacaq. Bundan əlavə oğlunun adına istifadə etdiyi avtomobil də təxminən eyni nömrədir. Başçıda 10 AA 812, oğlunda isə 90 AA 812-dir. Oğluna məxsus avtomobilin balları daha çoxdur. Bu avtomobili kim idarə edirsə, barəsində yol polisi vaxtında tədbir görsə, həmin adamın sürücülük hüququ bir il müddətinə məhrum edilə bilər. Çünki artıq cərimə balları gəlib 48-ə çatıb. Məbləğ də kifayət qədərdir”.
“Dövlət nömrə nişanını özbaşına dəyişirlər”
Ekspert qeyd edib ki, elə icra başçıları var ki, 100-dən artıq cəriməsi var: “Hətta bəzi hallarda yol polisi avtomobilin saxlanılmasını tələb edəndə ki, cəriməsi var, yol polisinə hədə-qorxu gəlmək də var. Deyir - “sən bilirsən ki, bu kimin maşınıdır”. Heç bir qanunda yazılmayıb ki, icra başçısının toxunulmazlıq hüququ var. Heç harda yazılmayıb ki, icra başçısının xidməti maşını qaydanı istədiyi qədər poza bilər. Həmçinin o da yoxdur ki, icra başçısı inzibati xəta törədən nəqliyyat vasitəsində gəzə bilər və o avtomobil cərimə meydançasına aparıla bilməz. Aparıla bilər.
Yol polisi bir qədər mədəniyyət göstərir, çox dərinə getmir. Bu o demək deyil ki, bunlar da bundan istifadə etməlidir. Məgər icra başçısının 2500 manat ödəməyə pulu yoxdur? Yəni, vaxtında hamısını bir-bir ödəsə, iş bu yerə gəlib çatmaz. İki il əvvəl Xətai rayon İcra Hakimiyyətinin başçısı haqda bir material hazırlanmışdı. İcra hakimiyyətində Samir adlı bir sürücü var. O adamın başçının maşınından başqa bütün maşınlarda qayda pozuntusu var. Bu adam icra hakimiyyətində hansı səlahiyyətə malikdir ki, bütün maşınları sürür, radarları, elektron protokolları kəllə-çarxa çıxıb.
Sürücülər onun əlindən zara gəlib ki, hər ay cərimə ödəməkdən yorulublar. Bilmirəm, bunlar icra hakimiyyətində avtoş saxlayırlar. Bundan əlavə bu qurum maraqlı bir hiylə işlədir. Tutaq ki, hansısa icra hakimiyyətinin balansında “Qaz 3110” markalı avtomobil var. Şöbə müdiri də imkanlı şəxsdir. “Qaz 31”-in üzərindəki o AS nömrəni açır, özünün şəxsi avtomobilin üstünə bağlayır. Başlayır xidməti maşın kimi ondan istifadə etməyə. Birini də İcra Hakimiyyəti binasının arxasına atırlar və çürüyüb gedir. Bu da məsuliyyətdən yayınmağın bir növüdür. Özbaşına nömrə dəyişirlər. Belə bir əcaib vəziyyət yaranıb”.
İcra başçısının sürücülük hüququ əlindən alına bilər...
Elməddin Muradlı əlavə edib ki, Bakının digər rayon icra hakimiyyəti başçıları da ciddi yol-nəqliyyat qayda pozuntularına yol verirlər: “Səbail, Nəsimi, Qaradağ və digərlərində bu cür ödənilməmiş cərimələr var. Belə görünür ki, heç ödəmək fikrində də deyillər. Dövlət Yol Polisinin borcudur ki, mətbuatda gedən bu cür məlumatları araşdırsın və tədbir görsün. Amma bu elə bir məsələdir ki, çox da dərinə getmirlər. Bir icra başçısının maşınını cərimə meydançasına aparan kimi, az qala 10 nəfər zəng edir. Az qalırlar müfəttişin ayağından assınlar ki, sən nə iş görmüsən, başçının maşınını niyə saxlamısan? Başçının maşınını özü idarə etmir, sürücüsü idarə edir. Qaydanı pozubsa, məsuliyyətə cəlb olunmalıdır. Bu tip informasiyalar cəmiyyətdə bir ikrah hissi doğurur.
Biri yazır ki, Xaləddin İsgəndərovun 2500 manat cəriməsi var, ona heç kim heç nə etmir, mənim 50 manat cəriməm var, avtomobilimi cərimə meydançasına aparıblar. İnsanlar arasında ikitirəlik, ayrı-seçkilik yaranır. Belə çıxır ki, icra başçısı və ya onun sürücüsü qaydanı poza bilər? Qanunvericilikdə qaydanı pozmaq hüququ olan şəxslərin hamısı aydın qeyd olunur. İcra başçıları o kateqoriyaya aid deyil. Hadisə də bir dəfə olur, qəza olacaq və heç kim bu kimi şəxsləri əzrayılın əlindən ala bilməyəcək”.
Ekspert Xaləddin İsgəndərovun cərimə və balları ilə bağlı avtomobilinə həbs düşəcəyini də istisna etməyib. O deyib ki, bu məsələ avtomobilin istifadə müddətindən asılıdır: “Əgər cərimənin ödənməməsindən üç ay keçibsə, avtomobilə həbs, avtomobil isə cərimə meydançasına qoyulmalıdır. Sürücünü axtarmaq tapmaq lazım deyil. Dərhal materialları məhkəməyə göndərmək lazımdır ki, həmin sürücü sürücülük hüququndan məhrum edilsin. Bəlkə onda məsələdə dəyişiklik ola bilər”.