17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Avtomobilin dövlət qeydiyyatı zamanı texniki baxışı məcburi olacaq - VİDEO
Dövlət qeydiyyatına alınan avtomobil həmin il texniki baxışdan keçməyibsə məcburi şəkildə keçiriləcək.
Bununla bağlı ''Yol hərəkəti haqqında'' qanuna dəyişiklik edilməsi təklif olunur. Hazırkı qanun qeydiyyat zamanı texniki müayinənin keçirilməsini, yəni avtomobilin nömrəsinin, marka və rənginin, habelə Mərkəzi İnformasiya Sistemində həmin avtomobil barədə məlumatın yoxlanılmasını nəzərdə tutur. Bu isə texniki baxış deyil, yəni belə halda avtomobilin işlənmiş qazlarının tərkibi, işıq cihazları və texniki baxış üçün xarakterik olan digər aqreqat və detalları yoxlanıla bilməz.
Təcrübədə isə çox vaxt texniki müayinəni də texniki baxış kimi həyata keçirməyə və nasazlıq olduqda qeydiyyatdan imtinaya cəhdlər olurdu. Yeni layihə qəbul edildikdən sonra isə ilkin və ya təkrar dövlət qeydiyyatı zamanı yalnız bir halda texniki baxışın keçirilməsi məcburidir. Əgər qeydiyyatın həyata keçirildiyi ildə avtomobil texniki baxışdan keçirilməlidirsə və qeydiyyat gününədək keçirilməyibsə, qeydiyyat zamanı avtomobilə texniki baxış da olmalıdır. Digər hallarda, yəni əgər həmin il avtomobil texniki baxışdan keçirilməli deyilsə, yaxud avtomobil artıq həmin il üçün texniki baxışdan keçirilibsə, qeydiyyat zamanı texniki baxış tələb edilə bilməz.
Layihənin nəzərdə tutduğu başqa bir mühüm yenilik isə odur ki, ilkin və ya təkrar qeydiyyat zamanı texniki baxış məcburidirsə, nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin yalnız I və II hissələrində nəzərdə tutulan nasazlıqlara görə texniki baxışdan keçə bilmədikdə qeydiyyat aparılmır və həmin nasazlıqlar aradan qaldırılana qədər aparıla bilməz. Başqa sözlə, avtomobilin yalnız tormoz sistemlərində və sükan idarə mexanizmində olan nasazlıqlar qeydiyyatdan imtina üçün əsas ola bilər. Digər nasazlıqlar, məsələn şüşə, təkər, işıq cihazları, mühərrik və digər yerlərdəki problemlər qeydiyyatdan imtina üçün əsas deyil və avtomobil bu səbəblərdən nasaz olsa da, qeydiyyat həyata keçirilməlidir.
Dəyişikliklər layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.
"Xəzər xəbər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:
Emtv.az