17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Keçmiş "Qaçqınkom" şefinin qardaşı da "vurulur"... - Raqub Məmmədovdan sonra sıra ona yetişib
Azərbaycanın işğal altında olan rayonlarının icra başçılarını bəlkə çoxları tanımır. Xüsusən də Zəngilan və Qubadlının icra başçısının kimliyi heç mətbuatın da diqqətində deyil. Daha doğrusu, onların hansı işlərlə məşğul olduqları maraq kəsb etmir.
Zəngilan rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra əhalisi əksər rayonlara yayılıb. Məcburi köçkün həyatı, yurd həsrəti çəkən bu insanların böyük əksəriyyəti sosial-iqtisadi problemlər içində boğulur. Laçın, Cəbrayıl və daha bir neçə işğal altında olan rayonların rəhbərlərindən fərqli olaraq, Zəngilanın icra başçısı Ramiz Həsənov isə rayon əhliylə nə görüşür, nə dərdlərini dinləyir, nə də problemlərinin həlli üçün addım atır.
Qeyd edək ki, Zəngilanın icra başçısı Ramiz Həsənov Qaçqınkomun keçmiş sədri Əli Həsənovun qardaşıdır. Onun bu vəzifəyə təyinat alması da elə qardaşının sayəsində mümkün olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, elə bu səbəbdən də Ramiz Həsənovun görəvdən alınacağı deyilir. Bu barədə bilgili qaynaqlar informasiya verib. Xəbəri verən mənbə bildirir ki, bu günlərdə Ağdamın icra başçısının vəzifəsindən çıxarılması qaçqın rayonlarında total rəhbər dəyişikliklərinin anonsu kimi qəbul edilməlidir.
Mənbənin söylədikləri: "Bütün qaçqın rayonlarında işinin öhdəsindən gələ bilməyən başçılar yola salınacaq. Bu əsnada ilk olaraq hədəfə gələni isə Zəngilanın icra başçısıdır. Artıq onu müdafiə edəcək qardaşı da səlahiyyətli deyil".
Mənbə bildirir ki, dəyişiklik bayramdan dərhal sonra gerçəkləşə bilər.
Emtv.az