18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İcra başçısının müavini fəhləni döyüb
Məlumatda bildirilir ki, Həsən Həsənov ondan maaşının ödənilməsini istəyən fəhləyə kobud şəkildə cavab verib. Məmurla fəhlənin arasında başlanan mübahisə qızışınca qəzəblənən H.Həsənov bundan sonra onu döyməyə başlayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, digər fəhlələrin gözü qarşısında baş verən hadisəyə heç kəs müdaxilə etməyib. Həsən Həsənov fəhləni döydükdən sonra onu pulunu vermədən işdən də qovub. Digər fəhlələri isə təhdid edərək deyib ki, “bu hadisədən kiminsə xəbəri olsa, siz də eyni aqibəti yaşayacaqsınız”.
Mənbəmiz iddia edir ki, bu, Həsən Həsənovun son zamanlarda göstərdiyi ilk “qəhrəmanlıq” deyil. Bir müddət əvvəl Həsən Həsənovla Sabirabad RİH başçısının müavini Heydər Yaqubovun qardaşı Füzuli Yaqubov arasında da rayonun mərkəzi küçələrinin birində əlbəyaxa dava olmuşdu. Sabirabad rayonunun mərkəzində özünə ticarət mərkəzi tikdirmək istəyən Füzuli Yaqubov H.Həsənovdan “yox” cavabı aldıqdan sonra Rusiya prezidenti Vladimir Putinə şikayət məktubu yazmışdı. Bu məktubdan xəbər tutan Prezident Administrasiyası isə Sabirabadın icra başçısı Nazim İsmayılova məsələ ilə bağlı tədbir görülməsi barədə göstəriş vermişdi. Bu barədə mətbuatda da yazılmışdı.
Bu məlumatla bağlı H.Həsənovun mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Onun da mövqeyini işıqlandırmağa hazırıq.
Emtv.az