SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Əziz Əzizovun “razborka” qaydaları: müavinlərdən kim qorunur, kim “vurulur”?

25-04-2017, 12:22 | Oxunub: 12 353 |

Əziz Əzizovun “razborka” qaydaları: müavinlərdən kim qorunur, kim “vurulur”?
Cəlilabad rayon icra başçısı Əziz Əzizov və onun komandasının vətəndaşlara münasibəti haqda mediada dəfələrlə tənqidi yazılar dərc olunub. Amma baş verənlər onu göstərir ki, Cəlilabadda yalnız vətəndaşlara münasibətdə deyil, ümumi idarəçilikdə də əsl xaos yaşanır. İcra başçısı Əziz Əzizovun tabeçiliyində olan məmurlara dövlət idarəçiliyi prinsipi ilə deyil, şəxsi maraqlarla yanaşması rayonun yüksək vəzifəli şəxsləri arasındakı münasibəti “bazar qaydaları” səviyyəsinə gətirib çıxarıb.

Digər bir qalmaqal isə lap bu günlərdə yaşanıb. Bu dəfə də “razborka” iştirakçılarından biri yenə də Əziz Əzizovun müavini, özü də xanım müavinidir. Amma “qurbanlıq” prasedurasında vəzifə və yaxınlığı əsas götürən icra başçısı bu dəfə müavinini deyil, əks tərəfi qurban verməyə hazırlaşır. Bildirək ki, bu günlərdə Gənclər və İdman Nazirliyinin Cəlilabad rayon şöbəsinin rəisi Ramin Rəhimovla rayon icra hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva arasında sözün həqiqi mənasında dava yaşanıb. Məlumata görə, icra hakimiyyətinin binasında baş verən olay tərəflərin bir-birinə təhqiramiz ifadələri, hətta fiziki zorakılıqları ilə müşahidə olunub. Kifayət qədər ciddi insident olan bu olayı pırdələmək üçün icra başçısı Əziz Əzizov və onun xanım müavini dərhal hərəkətə keçərək, R.Rəhimova qarşı kampaniyaya başlayıb. Bununla bağlı mətbuata daxil olan məlumata görə ilk əvvəl hətta Gənclər və İdman Nazirliyinin Cəlilabad rayon şöbəsinin rəisi haqda cinayət işi qaldırılması tapşırılsa da sonradan bu plan dəyişdirilib və mediada olayın R.Rəhimova qarşı yönəldilməsinə start verilib. Rayondakı mənbələrdən daxil olan məlumata görə, icra başçısının dəstəyinə güvənən xanım müavin bir çox məmurlarla aşağılayıcı tərzdə danışır və bu dəfə R.Rəhimov bu münasibətə etiraz edib və qalmaqal da burdan yaranıb. Amma görünən odur ki, Ə.Əzizovun seçimi qürurunu müdafiə edən məmurdan deyil, xanım müavinindən yanadır.

Onu da bildirək ki, bu Cəlilabad icra hakimiyyətində baş verən ilk qalmaqal deyil. Qalmaqallardan biri 2015-ci ilin yayında ölkə rəhbərinin Cəlilabada səfəri ərəfəsində yaranmışdı. O vaxt icra başçısı Əziz Əzizov müavinini şefinə qurban vermişdi. Oxucularda tam aydınlıq yaransın deyə həmin olayla bağlı mediada yer alan xəbəri olduğu kimi təqdim edirik: “Cəlalabad Rayon Icra Hakimiyyətinin başçısı Əziz Əzizovun birinci müavini Asif Əzizov tutduğu vəzifədən azad edilib. Asif Əzizovun işdən çıxarılmasının səbəbi onunla əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənov arasında davadır. Məlumatda deyilir ki, ölkə başçısı Ilham Əliyevin Cəlilabada səfərindən 2 gün əvvəl Kərəm Həsənov bu rayonun qeyri-rəsmi kuratoru kimi ora gedib. Komitə sədri görülən işlərlə tanış olarkən Asif Əzizovun fəaliyyətindən narazılığını ifadə edib. O, birinci müavinin üzərinə düşən öhdəsindən gələ bilmədiyini bildirib. Eyni zamandı Asif Əzizovun ünvanına sərt ifadələr işlədib. Birinci müavin isə idarəçilikdə yeni olmadığını, işinin öhdəsindən gəldiyini Kərəm Həsənovun diqqətinə çatdırıb. Komitə sədri bundan sonra daha da hiddətlənib və Asif Əzizovu təhqir edib. Birinci müavin də Kərəm Həsənovu cavabsız qoymayıb. Mübahisə əlbəyaxa səviyyəsinə çıxıb. Lakin həmin vaxt orada olanlar komitə sədri ilə birinci müavini ayırmağa müvvəfəq ola biliblər. Kərəm Həsənov Asif Əzizova işdən çıxarılacağını və bütün bunlara görə cavab verəcəyini deyərək birinci müavini hədələyib”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR