SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ağdamın icra başçısı bayrama görə hər məmurdan 100 manat istədi: pulu verməyən icra nümayəndəsini işdən qovdu – QALMAQAL

27-03-2017, 10:37 | Oxunub: 10 513 |

Ağdamın icra başçısı bayrama görə hər məmurdan 100 manat istədi: pulu verməyən icra nümayəndəsini işdən qovdu – QALMAQAL
Bayrama görə toplanılan rüşvət pulunu vermədiyinə görə Ağdamın icra başçısı Raqub Məmmədov Qərvənd qəsəbə nümayndəsi Fuad Həbibovu işdən azad edib.

Bu barədə məlumatı politika.az saytına Fuad Həbibovun yaxınları məlumat verib.

Məlumata görə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayonda bayram şənlikləri keçirilməsi üçün bələdiyyə sədrlərindən və icra nümayndələrindən pul yığıb. Belə ki, bir çox kənd və qəsəbə nümayəndəliklərindən bizə bildiriblər ki, Raqub Məmmədov həm bələdiyyə sədrlərinin hər birindən, həm də nümayəndələrdən, nümayəndələrin müavinlərindən, o cümlədən mühasiblərdən ayrı-ayrılıqda 100 manat tələb edib. Pulun yığılması Ağdam rayon İcra hakimiyyəti Ümumi şöbəsinin müdiri Ramiz Qədirova həvalə olunub. Raqub Məmədovun bu tələbi böyük narazılıqla qarşılansa da, iş yerlərini itirmək istəməyən dövlət vəzifəliləri icra başçısının tələbinə uyğun olaraq hər biri 100 manatı icra başçısına çatdırıblar.

Bəzi icra nümayndələri pulu verməkdən imtina etdikdə isə, Raqub Məmmədov onları işdən çıxarmaqla zədələyib və gözdağı üçün nümayişkəranə şəkildə tələb olunan pulu verməkdən imtina edən Qərvənd qəsəbə nümayndəsi Fuad Həbibovu işdən azad edib. Bundan sonra isə digər icra nümayndələri, onlvarın müavinləri və mühasiblər tələb olunan rüşvəti icra başçısına çatdırıblar. Daha doğrusu Ramiz Qədirov topladığı pulları icra başçısına təhvil verib.

Lakin məsələ heç də bununla bitməyib. İcra başçısından sonra Ağdam rayon maliyyə şöbəsinin müdiri Rəşad Məhərrəmov da hər bir nümayəndədən 50 manat tələb edib. Maliyyə şöbəsinin müdiri bu tələbini hər bir nümayəndəliyə bayram qabağı ayırlan 260 manat mükafata görə tələb etdiyini dilə gətirib və “mükafatını” almaq istəyən hər kəs maliyyə müdirinin tələbinə boyun əyib.

Qeyd edək ki, Ağdam rayon maliyə şöbəsinin müdiri Rəşad Məhərrəmov Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı olduğu bildirilir və buna görə də arxası güclü olan Rəşad Məhərrəmova Ağdam heç kim “gözün üstə qaşın var”, deyə bilmir.

Həmçinin çeşidli mənbələrin bildirdiynə görə Ağdamın icra başçısı Raqub Məmmədov hər bir idarə müdirindən də bayramqabağı 500 manat şirinlik alıb.

Emtv.az/Seymur Rəhimov

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR