17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Adı Qətldə Hallanan Aki Mərdanov Xudatda Sahibkarları Aylığa Oturdub - ÖZƏL
Xudatın icra nümayəndəsi Akif Mərdanov sahibkarları aylığa oturdub
Bu barədə yerli mətbuat məlumat verib. Məlumata görə, A.Mərdanov Xaçmazda icra başçısının müavini olub.
Onun vəzifəsindən kənarlaşdırılıb Xudata gətirilməsinin səbəbləri var. Bu səbəblər barədə danışan mənbə qeyd edir ki, Mərdanov elə getməyə məcbur olub.
Onun düşdüyü situasiyadan rayon ictimaiyyəti xəbər tutub. Amma qaynağımız iddia edir ki, Mərdanov həmin əməlini Xudatda davam etdirir.
Qaynağımız bildirir ki, A.Mərdanovun Xaçmazda bütün obyektləri əlindən çıxıb. Buna səbəb də məhz başçı müavini vəzifəsində olarkən başına gələn əhvalatdır.
Bir müddət əvvəl Mərdanov öz yaxın ətrafı arasında tezliklə rayon icra hakimiyyətinin başçısı olacağı haqda təbliğata başlamışdı.
Belə ki, A.Mərdanov özünə yaxın bildiyi şəxslər arasında parlament seçkilərindən sonra hazırkı icra başçısı Şəmsəddin Xanbabayevin vəzifədən azad olunacağını və onun bu posta təyin ediləcəyini bildirirdi. Lakin onun arzusu ürəyində qalıb.
Xəbərdə daha sonra deyilir ki, onun adı qətl işində də keçib. Xaçmaz mərkəzi bazarının sahibi Nəcimə Babayevin öldürülməsi haqda oğlu Fuad Həbibov danışarkən Mərdanovun da adını çəkmişdi:
“Keçmiş icra başçısı Əbülfəz Hüseynovun dövründə hazırkı icra başçısının müavini Akif Mərdanov, Azad Yaqubov və digərləri birləşib bazarı anamdan almaq istəyirdi. Gəlib camaatı bazardan çıxarıb deyirdilər ki, çıxın gedin, bazar bağlanır.
Bu şəxslər hələ 2007-ci ildə bazarın ələ keçirilməsi planı başlayanda Xanbabayevə anamız haqqında biryolluq tədbir görülməsi barədə ərizə yazıblar. Akif Mərdanov isə guya sıravi vətəndaş kimi Məlikova müraciət yazıb.
Anamın direktoru olduğu ticarət mərkəzinin fəaliyyətinin dayandırılmasını, əvəzində isə yeni ticarət mərkəzinin yaradılmasını tələb edib. Bu faktlar bazarı anamın əlindən kimlərin almaq istəməsini açıq-aşkar ortaya qoyur”.
Qarşı tərəfi dinləməyə hazırıq.