17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bayramdan sonra icra başçıları ilə bağlı yeni DALĞA BAŞLAYIR - Kimi yeni vəzifə alacaq, kimini sorğu-suala çəkəcəklər...
Bayramdan sonra bir neçə rayonun icra hakimiyyətinin başçısı ilə bağlı dəyişiklik qərarı veriləcək. Emtv.az-ın yerli mətbuata istinadən məlumatına görə, belə ki, dəyişiklik müddətinin iki ayı əhatə edəcəyini bildirən məlumatlı mənbə açıqlamasında iddia edir ki, avqust ayına qədər 20-yə yaxın rayonun başçısı yenilənməlidir.
Mənbənin söylədikləri: "Avqust ayına qədər yeniliklər baş tutmalıdır. 20-yə yaxın rayonun başçısı yenilənəcək. Onlardan 5-6 nəfəri təkrar təyinat alacaq. Məsələn Gəncənin, Daşkəsənin, Lənkəranın icra başçıları yenidən vəzifəyə təyin olunacaqlar. Digərləri isə birdəfəlik olaraq vəzifələrindən azad olunacaq. Hətta bəzilərinin - Qazaxın, Bakının Qaradağ və Nizami rayonlarının, habelə Biləsuvar və Şəmkirin icra başçıları ilə bağlı daha sərt qərarlar verilə bilər. Yəni onların fəaliyyətlərinin hüquqi araşdırmaya yönəldilməsi də gözləniləndir".
Mənbə bildirir ki, bütün bunlar iqtidar düşərgəsində müşahidə olunan və hazırda da cərəyan edən yeni ab-havanın təzahürləri kimi dəyərləndirilməlidir: "Proses çoxdan başlayıb. Tempi zəif görünsə də, inkişaf edən xətt üzrədir".
Mənbəyə görə, icra başçılarının yenilənməsi prosesinin gözlənilən dalğası avqusta ayının əvvəlində bitsə də, yeni mərhələ sentyabrdan başlayacaq.
Emtv.az