17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Növbə icra başçılarına çatdı – qoca və yorğun kadrlar yeni hökumətlə işləyə bilməyəcək
Azərbaycanda keçirilən prezident seçkilərindən sonra yeni bir hökumət komandasının formalaşdırılması prossesinə başlanılıb. Cənab Prezidentin təyin etdiyi kadrlar arasında daha çox gənclər üstünlük təşkil edir. Nazir və komitə sədri təyin edilən yeni şəxslər demək olar ki, gənclərdir. Gənc kadrların əvəzlədiyi nazir və komitə sədrləri isə demək olar ki, kifayət qədər yaşlanmış, yaşları 70 üzərində olanlar idi.
Məlumat verən mənbə bildirir ki, yaxın zamanlarda kadr islahatları ilə bağlı prosses rayon icra hakimiyyətlərinə də çatacaq. Məlumata əsasən gənclərlə əvəzlənəcək kadrlar arasında ilk olaraq İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov vəzifələri ilə vidalaşmalı olacaqlar. Onların yerinə isə daha gənc kadrların gətiriləcəyi gözlənilir.
Onu da əlavə edək ki, dövlət başçısı bu yaxınlarda etdiyi çıxışında yerli məmurlara xəbərdarlıq etmiş, onların işi ilə bağlı ciddi nəzarət olacağını vurğulamışdı. Məlumat verən mənbə bildirir ki, əhali ilə təmaslarında, o cümlədən də rayonda yerli sahibkarlarla davranışlarında kobud səhvlərə yol verən və ya hərəkətsiz vəziyyətdə olan yuxarıda adları çəkilən yaşlı icra başçıları yaxın günlərdə vəzifələri ilə vidalaşmalı olacaqlar.
Emtv.az