17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qocalmış icra başçıları yola salınır - Abutalıbovdan başqa daha iki ad...
Gələn il Azərbaycan hökumətinin yaşlı üzvlərinin daha gənc kadrlarla əvəzlənəcəyi barədə məlumatlar yayılıb. Maraqlıdır ki, bu məlumatlar rəsmi olaraq təsdiqlənməsə də, təkzib də edilməyib
Yüksək postlar tutan qocaman məmurların əvəzlənməsi yalnız hökumət kabinetinə daxil olan vəzifəlilərlə məhdudlaşmayacaq. Məlumatı verən mənbəmiz növbəti ilin ilk aylarında Bakının bir sıra rayon icra hakimiyyətlərinin başçılarının da görəvlərindən uzaqlaşdırılacağını deyib. Onların arasında hətta Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da adı var.
Bu ilin mayında 73 yaşa qədəm qoymuş Abutalıbov 15 ildən bir qədər artıqdır ki, hazırki postu tutur.
Paytaxt rayonlarının rəhbərləri arasında ən “stajlılardan” olan 69 yaşlı Gülağa İslamov artıq 21 ilə yaxındır Xəzər Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun da təqaüdə göndərilməsi təəccüb doğurmamalıdır.
Yasamal rayon İcra Hakimiyyətinin 70 yaşlı başçısı İbrahim Mehdiyevin də əvəzlənə biləcəyini deyən qaynağımız, onun da 11 ildən artıqdır bu postu tutduğunu xatırladıb.
Mənbəmiz Bakı rayonlarına son icra başçıları təyinatları zamanı əsasən nisbətən gənc və orta yaşlı kadrlara üstünlük verildiyini deyərək, təqaüd yaşını çoxdan ötmüş bir neçə icra başçısının da qarşıdakı aylarda əvəzlənəcəyini tamamilə mümkün sayıb.
Bundan başqa, yerli mətbuat qeyd edir ki, ölkənin bir çox digər şəhər və rayon icra başçıları arasından yaşı 70-i haqlayan və daha çox olanların da 2017-ci il boyunca görəvlərindən uzaqlaşdırılacağını söyləyən qaynağımız son zamanlar ölkə başçısının bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti - yeni kadrlarla həyata keçirilməsi planı olduğu barədə məlumatların dövriyyəyə buraxılmasını təsadüfi saymadığını bildirib. “Belə bir planın yalnız Nazirlər Kabineti ilə məhdudlaşacağı isə az ehtimal olunandır. Bu mənada yerli icra hakimiyyəti orqanları rəhbərlərinin də yeniləşdirilməsi kifayət qədər realdır və yəqin ki, gələn ilin ilk aylarından biz bu tendensiyanın start götürəcəyinin şahidi olacağıq”.
Emtv.az