18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
XV əsr salnaməçisi: Naxçıvan Azərbaycan üçün möcüzə, Nehrəm isə bu möcüzənin həqiqət qapılarıdır - ARAŞDIRMA
Azərbaycanın tarixi-mədəni irsində mühüm yeri olan, adı hələ XV əsrdə “Dünyanın İslam tarixi xəritəsi”nə (əfqan xəritəşünası Məhəmməd Rza Şaerinin tərtib etdiyi xəritə) düşən qədim Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib.
Beynəlxalq Terrora Qarşı Strateji Araşdırma Mərkəzinin direktoru, tanınmış politoloq və tədqiqatçı Rövşən Novruzoğlu bu qədim diyarın tarixi və mədəniyyəti, dini-mənəvi dəyərləri ilə bağlı araşdırmalar aparıb, dünya kitabxanalarında saxlanılan nadir əsərlərdən və əlyazmalardan Naxçıvan, xüsusən Nehrəm yaşayış məntəqəsi haqqında indiyədək məlum olmayan bir sıra dəyərli məlumatlar üzə çıxarıb. AZƏRTAC tədqiqatçının qeydlərini təqdim edir.
XV əsrdə əfqan xəritəşünası Məhəmməd Rza Şaeri tərəfindən tərtib edilmiş xəritənin sözlüyündə qeyd olunur ki, dünyanın ən məşhur məscid və ziyarətgahlarının divarlarında “Naxçıvan” adı həkk olunub və “İslamın ən güclü dayaqlarından biri kimi təsvir edilib. Belə müqəddəs divarların sayı on ikidir...”.
Uzun müddət Xorasanda yaşayan səyyah və tarixçi Məhəmməd Rza Şaerinin eyniadlı kitabının Məşhəd-Xorasan nəşrində qeyd edilir ki, Nehrəm yaşayış məntəqəsi Naxçıvanın “anasıdır və Naxçıvan ərazisi oradan başlanır... Nehrəm kəndi təkcə Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın qüdrətli, mərd, cəsarətli, vicdanlı, səxavətli, namuslu, ləyaqətli... ədalətli parçasıdır. Mən inanmıram ki, oradan zəmanə üçün naqis adam çıxsın...”.
Müəllifin 1985-ci ildə Londonda təkrar nəşr olunmuş “İmamın nitqi” kitabında Kərbəla müsibəti zamanı islami əqidələri yolunda şəhid edilmiş 72 qəhrəmanın cərgəsində əslən Nehrəmdən olan iki nəfər - Məhəmməd və Çeşməbazarlı Əli Rza haqqında məlumat verilir. “...Möcüzəsi olmayan xalqın həqiqəti olmur. Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir. Nehrəm ərazisi isə bu möcüzənin həqiqət qapıları olaraq qalır...” (“İmamın nitqi”, səh. 83).
Araşdırma materiallarına görə qədim dini kitablarda, əlyazmalarda Nehrəm kəndi təkcə Naxçıvanın yox, bütöv Azərbaycanın, eləcə də dünyanın dini və islami dəyərlərini özündə hifz edən ən müqəddəs məkanlarından biri kimi göstərilir.
Filosof-İslamşünas Əbu Abdulla Nəim ibn Həmməd Məruzinin İngiltərənin “Əl-Muthəf” kitabxanasında saxlanılan “Əl-Fitəl” əsərində (887-ci il) Nehrəm ərazisinin səmadakı “Yeddi Parlaq Ulduz”un altında yerləşdiyı barədə qeyd var. Müəllif yazır ki, Nehrəmin bir qolu bilavasitə sonuncu İslam Peyğəmbərinin “...qan damarlarına gedib çıxan” qüdrətli səkkiz tayfanın yaşayış məntəqəsidir. Əqidələrinə, Allaha və İslam Peyğəmbərinə bağlılığına görə İraqdan, Suriyadan qovulan, torpaqlarından didərgin salınan müqəddəs tayfalar məhz Nehrəm ərazisində sığınacaq tapdı və bu gün də orada yaşamaqda davam edirlər. Eyni fikir Əhməd ibn Əli ibn Əl-Musənna Ət-Təmiminin “Musnədu Əbi Əl-Müvəssəli” kitabında -(Dəməşq, “Darul Məmuni” kitabxanası) da əks olunub.
Nəcəfül-Əşrəfin “Heydəriyyə çapxanası”nın kitablarında Nehrəm yaşayış məntəqəsi ilə bağlı əlavə məlumatlara rast gəlmək olar. Məsələn, on ikinci İmamın - Həzrəti Mehdi (ə.s.) həyatını araşdıran İslam dünyasının məşhur filosofu Əbu Cəfər Məhəmməd İbn Cərir “Əl-Müstərşid” əsərində qeyd edir ki, bilavasitə Abbasi xəlifələrinin təqib və təzyiqinə məruz qalan Həzrəti Mehdi (ə.s.) Sahibbəzamanın ailəsi, daha doğrusu atası - İmam Həsən Əsgəri əleyhissəlam, anası Həzrəti Nərgiz, nənəsi Həzrəti Səvsen, bibisi Həzrəti Hökumə və əlavə 16 nəfər Samirə şəhərindən Azərbaycana üz tuturlar. Yol boyu təqib olunan, zülm və işgəncələrə məruz qalan imam əhli-əyalından dördü Astara-Lənkəran ərazisində vəfat edir.
Məşhur islamşünas, filosof Seyid Məhəmməd Sadiq Sədrin Beyrutda “Darül Kitavul-Ərəbi” elm mərkəzində 1107-ci ildə nəşr olunmuş (təkrar nəşr 1903-cü il) “Tarixi Ma Bəədəz-Zühur” kitabından: “On birinci İmam - İmam Həsən Əsgərinin ömür-gün yoldaşı Həzrəti Səvsen İmam Mehdi (ə.s.) - Sahibbəzamanın yeddi əsgəri ilə Əshabi-Kəhfdə - mağarada aclıq və susuzluqdan həlak olur. Bu zaman İmam əsgərlərindən bir neçəsi daşa çevrilir... On birinci İmamın anası Həzrəti Səvsenin məzarı Əshabi-Kəhfdə qəbirlər sırasındadır”.
Məlumata görə, Azərbaycana pənah gətirən Peyğəmbər əshabələri, İmam övladları üç gün, üç gecə Nehrəmdə qalırlar. Sübh namazında on ikinci İmamın – qeyb olmuş İmam Mehdinin – Sahibbəzamanın (ə.s.) əhli-əyalı iki hissəyə ayrıldı. İmamın anası Həzrəti Nərgiz, bibisi İmam Həsən Əsgərinin bacısı Həzrəti Hökumə, İsa (ə.s.) kötüyundən olan xanım Mariya, İmam Hadinin (İmam Mehdinin (ə.s.) babası) bacısı Həzrəti Fatimə, imam övladlarından olan on iki yaşlı Nasiyə Bakıya üz tuturlar (Beyrutda çap edilən və “Darul Kitabul-Ərəbi” kitabxanasında saxlanılan “Niyətul-Əvliya...” kitabı. Təkrar nəşri 1949-cu il).
Məşhur İslam alimi Əbu Cəfər Məhəmməd ibn Əl-Həsən yazır ki, onlar - Sahibbəzamanın əhli-əyalı “Yeddi Parlaq Ulduz”un altında – Nehrəm deyilən ərazidə biri-biri ilə görüşərək sübh namazında ayrıldılar. Araşdırmalara görə, on ikinci imamın nənəsi, İmam Həsən Əsgərinin anası Həzrəti Səvsenin məzarı Əshabi-Kəhfdədir. Onun məzarı üzərində adı beş dəfə dəyişdirilib. Şübhəsiz, bu da həmin məzarı təqiblərdən, hücumlardan qoruyub.
Naxçıvanda, eləcə də müsəlman ölkələrində, Avropada tanınan məşhur din xadimi Mövla Məhəmməd Naxçıvani Nehrəm kəndində 1906-cı ildə ilk Quran gecələri təşkil edib. Öz şəxsi vəsaiti hesabına “Yasin” surəsini kitabça şəklində çap etdirib. Nehrəmdə gəlin köçən hər bir qıza “Quran” hədiyyə edib. Mərhum Seyid Mustafa Naxçıvani onun haqqında yazır: “... Hər vaxt ona bir şey verilsəydi, ehtiyacı olanları tapıb onlara kömək edərdi...” (S.M.Naxçıvani. “Nehrəmlilərə məktub”, Tehran 1901-ci il).
Tədqiqatlara görə, Nehrəmə və ətraf kəndlərə - Çeşməbazar, Əbrəqunus, Qoşadizə, Qahab, Cəhri və digər ərazilərə səpələnmiş imam nəslindən olan tayfalar bu gün də müqəddəs tayfalar kimi tanınırlar.
Emtv.az