SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ

9-10-2017, 14:44 | Oxunub: 5 430 |

"Məhərrəm və Səfər aylarında toy qadağan deyil" - QMİ

"Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi deyil. Şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir".

Emtv.az xəbər verir ki, bu barədə report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və Moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov bildirib.

Şəriətdə halal və haram terminlərinin olduğunu xatırladan QMİ rəsmisi müstəhəb (bəyənilən əməl) və məkruh (bəyənilməyən əməl) əməllər olduğunu da yada salıb: "Bir insanın yaxını rəhmətə gedəndə şadlığa qapanmır. Həmin insan şadlıq mərasimlərindən uzaqlaşır. İmam da İslam aləmi üçün əziz insandır. İslam şəriətində imam insana doğmasından da əzizdir. Hədisi-şərifdə göstərilir ki, imamı tanımadan dünyadan köçən kafir olaraq gedər. İmam üçün kədərlənmək, onun xatirəsini əziz tutmaq ona ehtiramdır. Onun ehtiramı naminə şadlıq mərasimlərinə bir az ara verilir. Yenə də deyirəm ki, bu, şəriətimizdə vacib hökmlərdən deyil".

A.Yaqubov imam Hüseynin (ə) İslam üçün çox böyük addım atdığını, ona qədər o formada İslam üçün addım atanların sayının az olduğunu vurğulayıb: "İmam Hüseyn peyğəmbərin ailəsindədir, onun tərbiyəsi ilə böyüyüb. Biz imam Hüseynin İslam üçün atdığı böyük addımı hansı formada olursa-olsun dəyərləndirməliyik. Onun xatirəsini əziz saxlamaq üçün şadlığımızdan əl götürürük. Bu, bir tarixi yaddaş kimi beynimizdə, qanımızda həkk olunub. Allahı, haqqı xatırladan məqamları şüar edənlər təqva əhlindəndir.

Bizim imam üçün şadlıqlarıdan imtina edməyimiz, onun xatirəsi üçün görülən işlər də şüardır. İnsanlar məscidlərə gedir, imam Hüseynin xatirəsi yad olunur. İmam Hüseyn üçün məclislər qurulur. Azərbaycanın dahi insanları da tarixən imam Hüseyn üçün həzin mərsiyə və şeirlər deyiblər. Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Mirzə Ələkbər Sabir kimi böyük şəxsiyyətlər bu matəmdən bəhs ediblər. Belə bir kədərin, hüznün yaşandığı ayda toy mərasimlərinin qurulması insanların içindən gəlmir".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR