17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nehrəm kəndindəki “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindəki İslam mədəniyyətinin nadir nümunələrindən olan “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, bərpa işlərindən sonra milli memarlıq quruluşu ilə göz oxşayacaq türbənin ətrafında yaşıllıq salınacaq, işıqlandırma sistemi quraşdırılacaq.
Nehrəm “İmamzadə”si türbə, təkyə və yardımçı binalardan ibarətdir. Əhali arasında yayılan rəvayətə görə, İmamzadədəki qəbirdə yeddinci imam Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.
Sakinlər İmamzadənin bərpasını dünya və İslam mədəniyyətinə, ümumilikdə, bəşər sivilizasiyasına verilən töhfə kimi dəyərləndirirlər.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan şəhərində və Şərur rayonunun Xanlıqlar kəndindəki imamzadələr də bərpa edilib.