SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ruzini endirməyin ən yaxın yolu

14-09-2017, 17:31 | Oxunub: 7 389 |

Ruzini endirməyin ən yaxın yolu

İmam Əli (ə) "Nəhcul-bəlağə"nin 137-ci xütbəsində buyurur: "Ruzini sədəqə vasitəsilə yerə endirin".

İmamın (ə) nəzərində ruzi dedikdə, bütün İlahi nemətlər nəzərdə tutulur. İstər maddi olsun, istərsə də mənəvi.

İmamın (ə) bu qısa nurani kəlamından belə nəticəyə gəlmək olur ki, ruzinin artmasının yollarından biri də sədəqə verməkdir. İmam (ə) başqa yerdə buyurur: "Nə zaman yoxsul və ehtiyaclı oldunuz - sədəqə verərək, Allahla ticarət edin".

Emtvşaz deyerler.org-a istinadən bildirir ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, İmam (ə) oğluna buyurur: "Sənin yanında olan maldan nə qədər qalmışdır?".

Deyir: "40 dinar".

İmam (ə) buyurur: "Get və onu ehtiyacı olanlara sədəqə ver".

Deyir: "Ondan qeyrisi qalmayacaqdır. (Yəni, onu versək, pul qalmayacaqdır)".

İmam (ə) buyurur: "Deyirəm ki, onu sədəqə ver və Allah onun əvəzinə bizə verəcəkdir. Məgər bilmirsənmi hər bir şeyin açarı vardır, ruzinin açarı - sədəqədir? Ona görə də get və Allah yolunda onu ehtiyacı olanlara sədəqə ver". İmamın (ə) oğlu bu işi görür.
On gün keçmir ki, İmamın (ə) xidmətinə 4 min dinar gətirirlər. İmam (ə) oğluna buyurur: "Oğlum! Allaha 40 dinar verdin və Allah bizə 4 min dinar verdi". (Beytutə saytı)

Ruzinin insana çatmasına bir çox amillər mane olur. Bu maneələr iki cür olur: maddi və mənəvi. Ruzini artıran maddi tərəfdə olan amillər: səy göstərmək, işi düzgün seçmək, insanlarla düzgün rəftar etmək, dəqiq hesab-kitaba malik olmaq durur. Və bunun əksi - tənbəllik, insanlarla pis rəftar etmək, məsləhət etmədən işə girişmək kimi amillər ruziyə mane olur.

Hədislərimiz tövsiyə edir ki, mömin gecə namazı qılsın. Çünki bu namazın ruziyə birbaşa təsiri vardır. Günahın olması ruzinin qarşısını alar və bəzi nemətlərin insana çatmasına mane olar. Ona görə də hədislərimiz tövsiyə edir: "Nə zaman ruzi sənin üçün çətinləşdi, günahlarına görə istiğfar et. Allah ruzini genişləndirəcəkdir".

O zaman ki, insanlar qəhətlikdən əziyyət çəkirlər, İmam Əli (ə) onlara tövsiyə edir ki, həm tövbə etsinlər və həm də "Nuh" surəsinin 10-cu ayəsinə istinad etsinlər. "Və dedim ki: "Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR