SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Tövbəmizin qəbul olunması üçün 6 şərt

14-09-2017, 17:20 | Oxunub: 7 044 |

Tövbəmizin qəbul olunması üçün 6 şərt

Tövbənin qəbul olmasının bir çox şərtləri vardır. O cümlədən:

1. İnsan günahı cahillik, nadanlıq üzündən yerinə yetirərsə, tövbəsi var. Əgər üsyan üzündən olarsa - tam ayrı vəziyyətdir. Belə ki, əgər İlahi hökmlərə düşmənçilik üzündən edərsə, bu əməl küfr hesab olunar.

Emtv.az deyerler.org-a istinadən xəbər verir ki, belə bir əməlin tövbəsi o zaman qəbul olar ki, həmin küfr halından geri dönsün və peşman olsun. Üsyan etməsin və inadını əldən versin.

2. İnsan əgər günah edən kimi tövbə edərsə, yəni çox zaman keçməmiş peşman olub tövbə edərsə, Allah tövbəsini qəbul edər. Çünki bu günahın çirki hələ ruhuna hopmamışdır.

3. İmam Əli (ə) buyurur: "İsitğfarın dərəcə və məqamı vardır və 6 mənaya malikdir:

1). Keçmişinə görə peşman olmaq.
2). Günaha qayıtmamağa görə qərara gəlmək.
3). İnsanların haqqını əda etmək, Allahı öhdəsində heç bir haqq olmadan görmək.
4). Bütün zay olmuş vacibləri yerinə yetirmək.
5). Haramdan yaranmış əti qəm və qüssə ilə suya çevirmək.
6). İtaətin əziyyətini bədənə daddırmaq, necə ki, günahın şirinliyini dadmışdı. Ondan sonra deyəsən: "Əstəğfirullah"".


Bəs tövbənin qəbul olmasını necə hiss edək?

1. Tövbə etdikdən sonra xüsusi hüzur və rahatlıq hiss etmək.

2. İnsan hər nə qədər çox günahına görə peşman olarsa və ağlayaraq tövbə edərsə, Allah tövbəsini o qədər rahat qəbul edər.

3. Allahın Təvvab olduğuna inanaraq, tövbə etmək. Yəni, İlahi vədəyə iman bəsləyərək tövbə edilərsə, bu tövbə qəbul olar.

4. Tövbənin təsirini əməllər və rəftarlarımızda görə bilərik. Əgər günaha rəğbətimiz azalarsa və İlahi itaətdə daha mətanətli olarıqsa, tövbəmizin qəbul olduğunu göstərər.

Allah Təala bizlərə həqiqi tövbə durumu nəsib etsin.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR