17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda terminoloji informasiya sistemi yaradılacaq
Azərbaycanda terminoloji informasiya sisteminin yaradılması üçün metod və alqoritmlər işləniləcək.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun elmi şurasının növbəti iclasında məlumat verilib.
İnstitutdan bildirilib ki, iclasda şöbə müdiri Gülnarə Nəbibəyova cari ildə nəzərdə tutulan elmi-tədqiqat işləri barədə danışıb. O, “Elektron dövlət mühitində ölkələrarası inteqrasiyanın ölçülməsi üçün metodların işlənilməsi” mövzusunda dissertasiya işinin müdafiəsinin, e-demoqrafiya mühitində araşdırmaların aparılmasının və e-dövlət mühitində Azərbaycan dilinin tətbiqi və inkişafına dair bəzi xidmətlərin yaradılması konsepsiyasının işlənilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
G.Nəbibəyova, həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı ilə bağlı görüləcək işlər haqqında məlumat verib.
Sonra fəaliyyət planına dair müzakirələr aparılıb.
Emtv.az