SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Britaniyadan Rusiyaya qarşı sərt qərar: 23 diplomat ölkədən qovulur

14-03-2018, 14:26 | Oxunub: 8 456 |

Britaniyadan Rusiyaya qarşı sərt qərar: 23 diplomat ölkədən qovulur

Böyük Britaniya Rusiyanın 23 diplomatını ölkədən qovur.

Baş nazir Tereza Mey bunu martın 14-ü ölkə parlamentində çıxışında bəyan edib.

İki ölkə arasında kəskin qalmaqal bu ayın əvvəlindən yaranıb. Martın 12-də Tereza Mey Moskvanı Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalı qızı Yuliya ilə birlikdə zəhərləməkdə ittiham edib.

66 yaşlı Sergey Skripal və qızı martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. 12 mart bəyanatında Tereza Mey qeyd edib ki, Sergey Skripal və qızı Rusiyada istehsal edilən, sinir iflici törədən xüsusi maddənin təsirindən zəhərləniblər.

Onların vəziyyəti ağırdır.

Rusiyanı qəsddə ittiham edən Tereza Mey məsələyə aydınlıq gətirilməsi üçün Moskvaya martın 13-ü axşamadək vaxt vermişdi.

Emtv.az xəbər verir ki, novator.az-ın məlumatına görə, martın 14-də parlamentdə çıxış edən Tereza Mey Moskvadan əsaslandırılmış cavab alınmadığını qeyd edib və sanksiyalardan başqa yol qalmadığını vurğulayıb. O, 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını deyib. Bildirib ki, Böyük Britaniya Rusiya ilə yüksək səviyyədə ikitərəfli əlaqələri dayandırır, Britaniyanın yüksək rütbəli məmurları və kraliça ailəsinin üzvləri Rusiyada keçiriləcək dünya futbol çempionatına yollanmayacaq.

Sergey Skripal 2004-cü ildə Rusiyada həbs olunub. 2006-cı ildə Moskva Dairə Hərbi Məhkəməsi Sergey Skripalı dövlətə xəyanətə və Böyük Britaniyanın xeyrinə casusluğa görə 13 il müddətinə azadlıqdan məhrum edib. İttihama görə, o, dövlət sirri olan məxfi məlumatları, eləcə də xaricdə işləyən Rusiya agentləri haqqında məlumatları təxminən 10 il ərzində Böyük Britaniyanın xüsusi xidmət orqanlarına ötürüb. İngiltərə kəşfiyyatının Sergey Skripalı casusluğa 1990-cı illərin ortalarında cəlb etdiyi açıqlanıb. Onun 1999-cu ildə istefaya çıxandan sonra da casusluğu davam etdirdiyi bildirilib.

2010-cu ildə tutulan bir çox kəşfiyyatçı dəyişdirilən zaman Sergey Skripal Böyük Britaniyaya təhvil verilib və orada sığınacaq alıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR