17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sergey Markov: “Qarabağ üzrə danışıqlar seçkilərdən sonra intensivləşdiriləcək”
“Hesab edirəm ki, bu il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar seçkilərdən sonra intensivləşdiriləcək”.
Bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, danışıqlar əvvəlki kimi Madrid prinsipləri əsasında aparılacaq.
Politoloq 2016-cı ilin sonunda danışıqların, demək olar ki, nəticə verdiyini bildirib: “Nikbinlik çox böyük idi, lakin çıxış yolu tapılmadı. Bu danışıqlara qayıtmaq olduqca vacibdir. 2016-cı ildə danışıqların alınmamasına radikal erməni diasporunun təzyiqi səbəb oldu. Belə ki, onlar Ermənistan üzərindəki təsir qüvvələrini itirəcəklərindən qorxurdular”.
S.Markovun sözlərinə görə, ATƏT-in Minsk qrupunda aparıcı rolu Rusiya oynayır: “ABŞ və Fransa bu formatda Rusiya ilə münaqişə yaşamır, hərçənd başqa məsələlərdə gərginlik var. Bu, ABŞ və Fransanın belə sülhsevər təşəbbüsləri dəstəklədiyi xüsusi unikal haldır”.
Emtv.az