17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə danışıqlar lazımdır" - Metyu Brayza
"Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə - ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri və prezidentlərinin iştirakı ilə danışıqlar aparılması lazımdır".
Bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.
Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri nizamlama prosesində həlledici rol oynaya bilər.
M.Brayza danışıqlar prosesinin çərçivəsinin və bu çərçivənin Madrid sənədi olduğunu, lakin prosesin sonradan irəliləmədiyini xatırladıb: "Xarici oyunçular, bir yerə toplaşıb tərəfləri qəti barışığa çağıracaq və bu zamana qədər əldə olunan nizamlama çərçivəsində prosesin həllini tələb edəcək üçüncü ölkələrin liderlərinin iştirakı vacibdir".
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin tərkibini şərh edən M.Brayza ABŞ və Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi lazımlı olduğunu qeyd edib. O, eyni zamanda, Minsk qrupunun üçüncü həmsədrinin Avropa İttifaqı ola biləcəyini vurğulayıb: "Ayrı-ayrı ölkələr olmaqdansa, Aİ-nin olması daha yaxşı olardı. Aİ güclü qüvvədir, bu, beynəlxalq siyasətdə bir qrupdur, odur ki, məncə, belə addım məna kəsb edərdi".
Emtv.az