17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Lavrov və Nalbandayandan Dağlıq Qarabağ açıqlaması
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi irəliləyiş haqda hələ danışmaq olmaz.
Emtv.az xəbər verir ki, bu bəyanatla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.
“İrəliləyiş haqda söhbət getmir. Mən əvvəl də demişəm ki, bu prosesdə velosiped ixtira etmək çətindir. Nizamlanmanın əsas prinsipləri var, onlar masadadır. Müəyyən inkişaflar var, işçi sənədlər var. Onlar hamısı masadadır” – Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında belə deyib.
Nalbandyan Ermənistanın əldə olunmuş razılaşmalardan geri addım atmadığını deyib:
“Rusiya və həmsədr ölkələrlə Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına yönəlmiş səyləri davam etdirməyə hazırıq”.
Sergey Lavrov isə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdə Cenevrə görüşündəki danışıqların nəticəsini faydalı adlandırıb.
“Mən çox optimist tonda danışmaq istəməzdim. Problem çətindir, bütün danışıqlarımızın təcrübəsi onu deyir ki, onlar tez başa çatmır”.
Emtv.az