17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Lavrov ABŞ qoşunlarının Suriyada qalması ilə bağlı açıqlamanı absurd adlandırdı
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ hərbçilərinin Suriyada BMT-nin qərarı əsasında olması haqda Pentaqonun açıqlamasını absurd adlandırıb.
Emtv.az xəbər verir ki, o, bu barədə Argentina xarici işlər naziri Xorxe Fori ilə keçirdiyi danışıqlara dair təşkil olunan mətbuat konfransında danışıb.
“ABŞ müdafiə naziri bəyan edib ki, Vaşinqtona Suriya ərazisində qoşunlarını saxlamağa icazə verən BMT Təhlükəsizlik Şurasının qərarı var. Biz dərhal bunun nə anlama gəlməsi ilə bağlı Dövlət Departamenti ilə maraqlandıq. Bizə qeyri-müəyyən cavab verdilər və cavab verən şəxs də verilən bəyanatın absurd olduğunu aydın şəkildə başa düşürdü” – Lavrov belə deyib.
Xatırladaq ki, Pentaqon başçısı Ceyms Mettis ABŞ qoşunlarının Suriyada yerləşməsi ilə bağlı BMT TŞ qərarının olmasını bildirmişdi.
Emtv.az