17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Lavrov: “Ümid edirik ki, Xəzəryanı ölkələr status məsələsində razılığa gələcəklər”
“Rusiya ümid edir ki, Xəzəryanı ölkələrin rəhbərlərinin görüşündə Xəzər dənizinin statusu ilə bağlı razılığa gəlmək mümkün olacaq”.
Emtv.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, görüşdə Xəzərin statusu problemləri ilə bağlı ətraflı söhbət aparılıb. “Güman edirik ki, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında Xəzər dənizinin hüquqi statusuna dair konvensiya, habelə Qazaxıstanda Xəzər sammitini keçirilməyi planlaşdıran dövlət başçıları üçün bir sıra digər sənədlər üzərində işi yekunlaşdırmaq mümkün olacaq”, - deyə o vurğulayıb.
Emtv.az