17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Avropa Komissiyası “Brexit” barədə saziş layihəsini dəstəkləyib
Avropa komissiyası fevralın 28-də Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması (Brexit) barədə saziş layihəsini dəstəkləyib.
Emtv.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Aİ-nin “Brexit” üzrə danışıqlardakı koordinatoru Mişel Barnyö Brüsseldə keçirilən mətbuat konfransında bildirib. O, dərc edilən 168 səhifəlik mətnin “İttifaqın tərkibindən çıxmaq barədə tam saziş layihəsi” olduğunu bildirib.
Diplomatın sözlərinə görə, “Brexit” prosesinin uğurlu başa çatması üçün işləri sürətləndirmək lazımdır. “2019-cu il martın 30-da, 13 aydan sonra Birləşmiş Krallıq Avropa İttifaqına üzv ölkə olmayacaq. Biz həmin günədək onun nizamlı çıxışını təşkil etməliyik. İndi vaxt az olduğu üçün danışıqları mətn əsasında aparmalıyıq. Bu gündən gələcək payıza qədər nizamlı çıxışın layihəsi üzrə yekun razılığa gəlməliyik”, - deyə Barnyö qeyd edib.
O, həmçinin tərəflərin sənədi ratifikasiya etmələri üçün də bir neçə ay nəzərdə tutmağın lazım gəldiyini əlavə edib.
Böyük Britaniyanın Baş naziri Tereza Mey isə öz növbəsində Avropa Komissiyası tərəfindən yayımlanan “Brexit” üzrə sazişin mətninin Birləşmiş Krallığın konstitusiya bütövlüyünə təhdid edən müddəalar daşıdığını deyib.
“Komissiyanın dərc etdiyi hüquqi sənəd layihəsi, onun həyata keçiriləcəyi təqdirdə İrlandiya dənizində nizamlanan və gömrük sərhədi yaratmaqla Böyük Britaniyanın ümumi bazarını sarsıdacaq və Birləşmiş Krallığın konstitusiya bütövlüyünü təhdid edəcək. Britaniyanın heç bir baş naziri bununla razılaşa bilməz”, - deyə Tereza Mey vurğulayıb.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə referendum 2016-cı il iyunun 23-də keçirilib. Səsvermədə iştirak edən britaniyalıların əksəriyyəti “Brexit”i dəstəkləyib. Ölkənin Aİ-nin tərkibindən çıxması 2019-cu il martın 29-u London vaxtı ilə 23:00-a planlaşdırılır.
İlkanə Orucova
Emtv.az