SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

London: hökumətin fövqəladə iclası başa çatdı, polis tezliklə zəhərin adını açıqlayacaq

7-03-2018, 15:26 | Oxunub: 9 011 |

London: hökumətin fövqəladə iclası başa çatdı, polis tezliklə zəhərin adını açıqlayacaq

Böyük Britaniya polisi yaxın saatlarda İngiltərənin cənubunda, Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat Xidmətinin (QRU) keçmiş əməkdaşı, ingilis kəşfiyyatına işlədiyi üçün mühakimə edilmiş polkovnik Sergey Skripalın hansı maddə ilə zəhləndiyini açıqlayacaq.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə hökumətin fövqəladə komitəsi COBRA-nın iclasından sonra daxili işlər naziri Amber Radd bəyan edib.

66 yaşlı Skripal və onun 33 yaşlı qızı Yuliya iki gün əvvəl skamyada huşsuz vəziyyətdə tapılıblar. Onların zəhərləndiyi müəyyən edilib. Rusiya hakimiyyətinin “xainlər” siyahısında olan və casus mübadiləsi çərçivəsində Qərbə təhvil verilib Böyük Britaniyadan sığınacaq alan Skripalın zəhərlənməsi böyük beynəlxalq qalmaqala, londonla Moskva arasında gərginliyin daha da artmasına səbəb olub. Belə ki, London bu zəhərlənmə əməliyyatının Moskva tərəfindən təşkil ediləcəyini ehtimal edir və bu ehtimal sübut olunarsa sərt addımlar atacağını bildirir. Keçmiş QRU polkovniki və qızı hazırda reanimasiyada, ölüm ayağındadır.

“Biz Skripal və qızının zəhərlənməsinə səbəb olan maddə barədə daha çox şeyi bilirik. Və polis bu gün bəzi informasiyaları bölüşmək üçün daha bir bəyanatla çıxış edəcək”-Amber Radd hökumətin fövqəladə komitəsinin iclasından sonra jurnalistlərə bildirib.

“The Times” xəbər verir ki, Skripalın 59 yaşlı arvadının 2012-ci ildə xərçəng diaqnozu ilə ölməsi və oğlu Aleksandrın 43 yaşında ötən il Sankt-Peterburqda qara ciyər çatışmamazlığından dünyasını dəyişməsi də şübhəli görünür. Britaniya müstəntiqləri bu ölümləri də araşdırmağa başlayıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR